Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara Pedaqoji Kollecinin direktoru Kamran Kazımov DİN-ə yazdığı məktubunda tələbələrin zərərli vərdişlərlə bağlı maarifləndirilməsinə, onların vətənpərvər ruhda tərbiyəsi istiqamətində keçirilən görüşlərə, həmçinin rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nailə Qəribova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında iştirakçısı olduğu yol-nəqliyyat hadisəsinin peşəkarlıqla araşdırılmasına görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Xəyal Əsgərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında onu narahat edən məsələ ilə bağlı müraciətinə operativ baxıldığını və lazımi köməyin göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, göstərilən köməklik üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir. 

Sosial şəbəkə istifadəçisi Vüsal Əhmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, iştirakçısı olduğu yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmanın gedişindən məmnun qaldığını bildirir, operativliyə və obyektivliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Masallı rayon sakini Gülyaz Həsənova DİN-ə yazdığı məktubunda Bakı şəhəri ərazisində üzləşdiyi yol-nəqliyyat hadisəsinin operativ, obyektiv və yüksək peşəkarlıqla araşdırılmasına görə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Masallı rayon sakini Qurbanxan Zeynalov DİN-ə təşəkkür məktubu yazıb. O, üzləşdikləri yol-nəqliyyat hadisəsi zamanı hadisə yerinə operativ qaydada yaxınlaşaraq onlara lazımi köməklik göstərdiklərinə, humanistliyə və yüksək peşəkarlığa görə BDYPİ-nin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Nəsimi Muxtarov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Qaradağ RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Erkin Rüstəmov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Erkin Rüstəmov, 27.05.2026-cı il tarixdə 102 xidmətinə etdiyim Rəqsanə adlı müğənninin restoranımıza olan 1792 manat borcunu ödəməməsi ilə bağlı etdiyim müraciətimə dərhal baxılmış bizə dəymiş ziyan ödənilmiş və aramızda barışıq olmuşdur. Bu səbəbdən başda Daxili İşlər Nazirləri olaqla Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edirəm.

Vətəndaş Kamran Budaqov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:  Mən Budaqov Kamran Namiq oğlu, Xətai RPİ 35-ci Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimlə bağlı polis əməkdaşı tərəfindən mənə köməklik göstərilmişdir. Buna görə Daxili İşlər Naziri cənab Vilayət Eyvazova və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm.