Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
08.06.2026 - Hacıqabul rayon sakini Ziya Qəhrəmanov
Hacıqabul rayon sakini Ziya Qəhrəmanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına, müsbət həllinin təmin olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Hacıqabul RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
08.06.2026 - Vətəndaş Vidadi Novruzov
Vətəndaş Vidadi Novruzov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Naxçıvan MR DİN-in əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
08.06.2026 - Bakı şəhər sakini Arif Hüseynov
Bakı şəhər sakini Arif Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində obyektiv və operativ araşdırma aparıldığını, ona dəymiş maddi ziyanın ödənildiyini qeyd edir.
08.06.2026 - Bakı şəhər sakini Xəyal Abaszadə
Bakı şəhər sakini Xəyal Abaszadə müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Suraxanı RPİ-nin 33-cü Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.06.2026 - Vətəndaş Cəsarət Baxşıyev
Vətəndaş Cəsarət Baxşıyev əlverişsiz hava şəraitində baş vermiş yol-nəqliyyat hadisəsində ona göstərilən köməkliyə görə polis əməkdaşlarına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirir.
05.06.2026 - Vətəndaş Emin Niftəliyev
Vətəndaş Emin Niftəliyev idarə etdiyi avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsinin polis tərəfindən obyektiv və peşəkar şəkildə araşdırıldığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Bakı şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.
05.06.2026 - Vətəndaş Firuzə Hüseynova
Vətəndaş Firuzə Hüseynova Bakı şəhərində onun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin polis əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırıldığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
05.06.2026 - Vətəndaş Məhərrəm Vəliyev
Vətəndaş Məhərrəm Vəliyev idarə etdiyi avtomobillə baş vermiş yol-nəqliyyat hadisəsinin polis tərəfindən operativ və yüksək peşəkarlıqla araşdırıldığını qeyd edir. O, araşdırmanın nəticəsindən razı qaldığını vurğulayaraq, Bakı şəhər BPİ DYPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
05.06.2026 - Sosial şəbəkə istifadəçisi Münəvvər Bayramlı
Sosial şəbəkə istifadəçisi Münəvvər Bayramlı bankomatda unutduğu pulun metro polisi tərəfindən tapılıb ona qaytarılmasına görə Azərbaycan polisinə təşəkkür edir.