Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
21.04.2026 - Vətəndaş Ramil Eyvazlı
Vətəndaş Ramil Eyvazlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Bir nəfər məni aldadaraq pul vəsaitimi ələ keçirmişdi. Abşeron Rayon Polis İdarəsinin əməkdaşları müraciətimi araşdıraraq mənə dəymiş ziyanın tam şəkildə ödənilməsinə köməklik göstərdilər. Bununla bağlı DİN-in və Abşeron RPİ-nin rəhbərliyinə təşəkkürümü bildirirəm”.
21.04.2026 - Vətəndaş Veneta Kurkina
Vətəndaş Veneta Kurkina DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “03.04.2026-cı il tarixində Bakı şəhəri Nərimanov rayonu G.Qədirbəyova küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmada iştirak etdim. Araşdırmadan çox razı qaldım. Buna görə dərin minnətdarlığımı bildirirəm”.
21.04.2026 - Sosial şəbəkə istifadəçisi Məmmədbağır Bağırov
Sosial şəbəkə istifadəçisi Məmmədbağır Bağırov baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq ona dəymiş ziyanın tam şəkildə ödənilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
21.04.2026 - Sosial şəbəkə istifadəçisi Fərhad Bağırov
Sosial şəbəkə istifadəçisi Fərhad Bağırov ona məxsus olan avtomobilin açarının oğurlanması ilə bağlı müraciətinə çevik reaksiya verilərək əməli törədən şəxsin müəyyən edilib saxlanılmasına və oğurlanan açarın geri qaytarılmasına görə Nərimanov RPİ-nin 17-ci PŞ-nin kollektivinə minnətdarlığını bildirir.
21.04.2026 - Sosial şəbəkə istifadəçisi Ümüd Hüseynov
Sosial şəbəkə istifadəçisi Ümüd Hüseynov baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığı ilə bağlı ona sığorta sənədlərinin təqdim olunmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
21.04.2026 - Şəhid bacısı olan Yuliya Solnseva
Şəhid bacısı olan Yuliya Solnseva oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasında göstərilən köməkliyə, eyni zamanda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.04.2026 - Sosial şəbəkə istifadəçisi Rəhman Ələkbərov
Sosial şəbəkə istifadəçisi Rəhman Ələkbərov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına və həmin şəxsin saxlanılmasında göstərilən köməkliyə görə Su Nəqliyyatında Polis İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.
21.04.2026 - Ordubad rayon sakini Qədilə Ağayeva
Ordubad rayon sakini Qədilə Ağayeva mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı müraciətinə operativ baxılaraq bu cinayətin üstünün açıldığına və ona dəymiş maddi ziyanın tam ödətdirildiyinə görə Ordubad Rayon Polis Şöbəsinin kollektivinə təşəkkür edir.
21.04.2026 - Vətəndaş Emil Məmmədov
Vətəndaş Emil Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Hörmətli cənab Nazir Vilayət Eyvazov, bu ilin aprel ayında Nərimanov rayonu K.Rəhimov küçəsində baş vermiş avtoqəza zamanı Nərimanov RPİ-nin Təhqiqat şöbəsində aparılan araşdırma obyektiv olduğu üçün öz təşəkkürümü bildirirəm.