Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Samir Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, ictimai asayişi və ictimai təhlükəsizliyi etibarlı təmin etdiklərinə görə Azərbaycan polisinə təşəkkür edir.

Vətəndaş Qurban Qunduzov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında mobil telefonunun itməsi ilə bağlı Səbail RPİ-nin 9-cu Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını və telefonunun tapılaraq ona təhvil verildiyini bildirir. O, müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Babək rayon sakini Mübariz Əliyev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında övladının itkin düşməsi ilə bağlı Babək Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ reaksiya verildiyini və  qısa müddət ərzində övladının tapılaraq ona təhvil verildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliklərinə, həyata keçirilən tədbirlərə görə Babək RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Naxçıvan şəhər sakini Səid İbrahimli DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliklərinə, həyata keçirilən tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Natiq Məmmədov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Pirallahı Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını və müsbət həllinin təmin olunduğunu bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Əcnəbi vətəndaş Yahuda Lev DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında Xətai Rayon Polis İdarəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını, müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Gülşad Əliyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə etdiyi müraciətinə operativ baxıldığını, obyektiv araşdırıldığını, müsbət həllinin təmin olunduğunu və dəymiş maddi ziyanın ödətdirilməsində də köməklik göstərildiyini bildirir. O, vətəndaş müraciətlərinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə, həyata keçirilən tədbirlərə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş İlqar İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti ilə bağlı Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən zəruri köməkliyin göstərildiyini bildirir, polisin vətəndaşlar üçün daim güvən yeri olduğunu qeyd edərək göstərilən diqqətə və humanist münasibətə görə Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Mehriban Əsgərova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı polisə müraciət etdiyini, obyektivliyə, müraciətinin qısa müddətdə müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə  görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinə minnətdarlığını ifadə edir.