Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nicat Qədirov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını ifadə edir. 

Bakı şəhər sakini Şair Abduləzizov Daxili İşlər Nazirliyinə təşəkkür mesajı yazıb. O, itirdiyi pul kisəsini qısa zamanda taparaq ona təhvil verilməsinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Şahbuz rayon sakini Hüseyn Hüseynov DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi problemlə bağlı müraciət etdiyini, polis əməkdaşlarının müraciətinə operativ şəkildə baxdığını yazır. O, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görəgörə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinə minnətdarlığını ifadə edir. 

Vətəndaş Ceyhun Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. Üzləşdiyi problemlə bağlı “102” Xidməti-Zəng Mərkəzinə müraciətinə operativ baxıldığına, müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görəgörə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinə minnətdarlığını ifadə edir. 

Əcnəbi vətəndaş Dilek Savaş DİN-in “Instagram” səhifəsinə mesajında pulqabısını itirməsilə bağlı polis əməkdaşlarının operativliyi nəticəsində qısa müddətdə pulqabısının tapılaraq ona təhvil verildiyini qeyd edir, müraciətinə həssas yanaşılmasına görə Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Ruslan Quluzadə DİN-in “Instagram” səhifəsinə mesajında çantasının itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində çantasının qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi vətəndaş Büşra Dursun DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında çantasının itməsi ilə bağlı müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində çantasının qısa müddətdə tapılaraq ona təhvil verildiyini yazır. Göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Alim Qəhrəmanov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında müraciətinə operativ şəkildə baxıldığına və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Vətəndaş Adil Vəliyev “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etdiyini bildirir. O, müraciətinə qısa müddətdə baxıldığını və şikayətinin təmin olunduğunu qeyd edir. A.Vəliyev müraciətinə operativ və həssas yanaşılmasına görə DİN rəhbərliyinə və Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.