Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Gəncə şəhər sakini Dünya Əhmədova DİN-ə ünvanladığı məktubunda ona qarşı törədilmiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında və dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba şəhər sakini Ariil Şamailov bir müddət öncə anası Sibo Şamilovanın evinə girərək ona ağır xəsarətlər yetirmiş və külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlamış şəxslərin aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub istintaqa təhvil verilməsinə görə Quba Rayon Polis Şöbəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Hirkan Milli Parkının direktoru Azər Mirzəyev DİN-ə ünvanladığı təşəkkür məktubunda qoruğun əməkdaşları ilə birgə brokonerliyə qarşı mübarizədə fədakarlıq göstərən Lənkəran Şəhər Polis Şöbəsinin və Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Musa Qarayev övladı Ramin Qarayevin daxili işlər orqanlarına qəbul edilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Rəşad Ələkbərov və İlkin Əhmədov ölkəmizdə asayişin etibarlı mühafizəsində göstərdikləri fədakarlığa və sabitliyin təmininə görə Azərbaycan Polisinə minnətdarlıq edirlər.

Astara rayonunun Kijəbə qəsəbə sakini Ələkbər İsayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovun xidməti fəaliyyətindən razılığını bildirir.

Astara rayonunun Ərçivan qəsəbə sakini Əhməd Həsənov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda rayon ərzisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan uğurlu mübarizəyə, bu istiqamətdə atılan qətiyyətli addımlara və ümumtəhsil məktəblərində, həmçinin digər kollektivlər qarşısında keçirilən maarifləndirici görüşlərə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirova təşəkkürünü bildirir.

Quba rayonunun Qırmızı qəsəbə sakini Ariil Şamailov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda anası Sibo Şamailovaya məxsuz evdən oğurluq edilməsi ilə bağlı Quba RPŞ-yə etdiyi müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətova, İstintaq Bölməsinin rəisi, polis polkovnik leytenantı Bəhruz Musayevə və bölmənin müstəntiqi polis kapitanı Samir Çobanova razılığını bildirir və minnətdarlığını ifadə edir.

Astara rayonunun Kijəbə qəsəbəsinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və asayişin qorunmasına, edilən müraciətlərə həssaslıqla yanaşılmasına, vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirova minnətdarlığını bildirir.