Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
28.01.2019 - Cəlilabad rayonunun Üçtəpə kənd sakini Ramil Yariyev DİN rəhbərliyinə...
Cəlilabad rayonunun Üçtəpə kənd sakini Ramil Yariyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı mübarizədə əldə olunan uğurlara, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında göstərdiyi xidmətlərə görə Biləsuvar RPŞ-nin rəisi Əlyəddin Səfərovdan razılığını ifadə edir və minnətdarlığını bildirir.
28.01.2019 - Şəki şəhər sakini Şöhrət Səfərova DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Şəki şəhər sakini Şöhrət Səfərova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq müvafiq tədbir görüldüyü üçün Şəki ŞRPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
25.01.2019 - Bakı şəhər sakini Kənan Davudzadə öz təşəkkür məktubunda müraciətinə obyektiv...
Bakı şəhər sakini Kənan Davudzadə öz təşəkkür məktubunda müraciətinə obyektiv araşdırılaraq müsbət həll olunmasına göstərilən köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.
25.01.2019 - Ağdam rayon sakini Əjdər Rüstəmov Azərbaycan Polisinin fəaliyyətindən razılıq...
Ağdam rayon sakini Əjdər Rüstəmov Azərbaycan Polisinin fəaliyyətindən razılıq edir və minnətdarlığını bildirir.
24.01.2019 - Bakı şəhər sakini Rasim Sinyarov DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bakı şəhər sakini Rasim Sinyarov DİN rəhbərliyinə ünvanladığı məktubunda cinayətkarlıqla mübarizədə, ictimai asayişin qorunmasında polisin rolunu yüksək qiymətləndirir, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır.
24.01.2019 - Abşeron rayon sakini Dünya Qasımova DİN-ə ünvanladığı məktubunda ona qarşı...
Abşeron rayon sakini Dünya Qasımova DİN-ə ünvanladığı məktubunda ona qarşı törədilmiş soyğunçuluq hadisəsinin üstünün tez bir zamanda açılmasında və dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
23.01.2019 - Astara rayon Maşxan kəndinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə...
Astara rayon Maşxan kəndinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda narkomaniya ilə mübarizə çərçivəsində görülən tədbirlərə, bu istiqamətdə ümumtəhsil məktəblərinin şagirdləri ilə keçirilən maarifləndirici görüşlərə görə RPŞ-nin rəisi Azər Cahangirovdan və şöbənin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Amal Ağayevdən razılığını bildirir və minnətdarlığını ifadə edir.
23.01.2019 - Lənkəran rayonunun Əşlə kənd sakini Şahgəldi Quliyev öz təşəkkür məktubunda...
Lənkəran rayonunun Əşlə kənd sakini Şahgəldi Quliyev öz təşəkkür məktubunda ictimai qaydanın və asayişin qorunmasına, edilən müraciətlərə çevik reaksiya verilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.01.2019 - Astara rayonunun Kijəbə qəsəbə sakini Ziyadəli Əliyev DİN rəhbərliyinə...
Astara rayonunun Kijəbə qəsəbə sakini Ziyadəli Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətlə bağlı ona köməklik göstərilməsinə görə Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirova minnətdarlığını bildirir.