Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.01.2019 - Masallı rayon sakini Sirac Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Masallı rayon sakini Sirac Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayət ərizəsinə baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Elşən Kazımova minnətdarlığını bildirir.
22.01.2019 - Sumqayıt şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev ötən il...
Sumqayıt şəhər “Lift-Servis” Birliyinin direktoru Cümşüd İsmiyev ötən il liftdə qalmış şəxsin təcili olaraq xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları, polis serjantları Sahib Əkbərova və Fikrət Məmmədova rəhbərlik etdiyi kollektiv adından təşəkkür edir.
22.01.2019 - Mingəçevir şəhər sakini Mövlud Hüseynov şikayət ərizəsinə baxılıb, üzləşdiyi...
Mingəçevir şəhər sakini Mövlud Hüseynov şikayət ərizəsinə baxılıb, üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkürünü bildirir.
22.01.2019 - Abşeron rayon sakini Natiq Pənahlı şikayətlərinə baxıldığına və onlara dəymiş...
Abşeron rayon sakini Natiq Pənahlı şikayətlərinə baxıldığına və onlara dəymiş ziyanın ödətdirilməsinə görə RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
22.01.2019 - Bərdə rayon sakinləri Aris Nurəliyev, Ruslan Həsənov və Alızadə Kamil...
Bərdə rayon sakinləri Aris Nurəliyev, Ruslan Həsənov və Alızadə Kamil sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanan Nəsimi RPİ-nin Post Patrul Xidmətinin əməkdaşlarından razılıqlarını ifadə edirlər.
22.01.2019 - Sumqayıt şəhər sakini Tural Bağırov Tovuz rayonunda qonaq olarkən qazdan...
Sumqayıt şəhər sakini Tural Bağırov Tovuz rayonunda qonaq olarkən qazdan zəhərlənmiş yoldaşının xəstəxanaya çatdırılmasında, onun həyatının xilas edilməsində göstərdiyi köməkliyə görə Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ DYPB-nin Bəşir və Gündüz adlı əməkdaşlarına minnətdarlığını bildirir.
22.01.2019 - Bakı şəhər sakini Bəylər Teymurov öz məktubunda müəyinədən keçmək üçün DİN-in...
Bakı şəhər sakini Bəylər Teymurov öz məktubunda müəyinədən keçmək üçün DİN-in A.Heydərov adına Respublika Hospitalına müraciət etdiyini, ona xüsusi diqqət və qayğı göstərildiyini yazır. 2-ci qrup Qarabağ əlili olan B.Teymurov həkimlərin onu ətraflı müayinə etdiklərinə və xoş münasibətə görə DİN rəhbərliyinə və Hospitalın tibb personalına təşəkkürünü bildirir.
18.01.2019 - Ağdam rayon sakini Gülxarə Paşayeva DİN-ə ünvanladığı məktubunda evində baş...
Ağdam rayon sakini Gülxarə Paşayeva DİN-ə ünvanladığı məktubunda evində baş vermiş oğurluq hadisəsinin tez bir zamanda açılmasını təmin etdiyinə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
18.01.2019 - Kəlbəcər rayon sakini Vüsal Yunisli DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Kəlbəcər rayon sakini Vüsal Yunisli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yevlax-Ağdam yolunda hərəkətdə olan zaman maşınında yarananan nasazlığın aradan qaldırılmasında göstərilən köməkliyə görə Yol Patrul Xidmətinin əməkdaşlarına öz minnətdarlığını ifadə edir.