Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.02.2019 - Göyçay rayon sakini Səbuhi Quliyev yaşadığı ünvanda baş vermiş oğurluq...
Göyçay rayon sakini Səbuhi Quliyev yaşadığı ünvanda baş vermiş oğurluq hadisəsinin tez bir zamanda açılmasını təmin etdiyinə görə Göyçay RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Rasim Nəsibova təşəkkürünü bildirir.
15.02.2019 - “Binəqədi Rayon Dövlət Yol Polisi Şöbsinin rəisi, polis mayoru Mərdan...
“Binəqədi Rayon Dövlət Yol Polisi Şöbsinin rəisi, polis mayoru Mərdan Əliyevin şəxsi təşəbbüsü ilə şöbənin ətrafında və Rəsulzadə qəsəbəsi "Stroydetal" küçəsində aparılan təmir işləri sakinlər tərəfindən razılıqla qarşılanır. Belə ki, məhəlləmizdə onun təşəbbsü ilə uzun illərdən qalan problemlərin qısa zaman kəsiyində həllini tapması, asfalt örtüyünün yenilənməsi, işıqlandırma dirəklərinin və naqillərinin dəyişdirilməsi, su və kanalizasiya xətlərinin təmir etdirilməsi sevincimizə səbəb olmuşdur. Məhəlləmizdə müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinin qayğısına rəisin xüsuis diqqət ayırmasını Azərbaycan Polisinin öz vətəndaşına diqqət və qayğı nümunəsi kimi qiymətləndirmək olar.”
Bu fikirlər Rəsulzadə qəsəbəsi “Stroydetal” küçəsində yaşayan polkovnik Vidadi Abdullayevin və onunla birlikdə iyirmi nəfər sakinin Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubundandır.15.02.2019 - Abşeron rayon sakini Xəyalə Ələkbərova cinayətkar qrup və dəstələrin ifşa...
Abşeron rayon sakini Xəyalə Ələkbərova cinayətkar qrup və dəstələrin ifşa edilib zərərsizləşdirilməsində, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsində vəzifə borclarının öhdəsindən layiqincə gələn, ölkəmizdə sabitliyi, əmin-amanlığı qorumaq üçün canlarını fəda edən həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.
15.02.2019 - Bakı şəhər sakini Nicat Nağıyev şikayət ərizəsinə vaxtında baxıldığına və...
Bakı şəhər sakini Nicat Nağıyev şikayət ərizəsinə vaxtında baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
15.02.2019 - Bakı şəhər sakini Günel Əmrahova ona dəymiş ziyanın ödətdirilməsində...
Bakı şəhər sakini Günel Əmrahova ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməkliyə və öz vəzifə borcunun öhdəsindən layiqincə gəldiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
15.02.2019 - Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Daxili işlər orqanlarında...
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının “Daxili işlər orqanlarında idarəetmənin təşkili” kafedrasının baş müəllimi, polis polkovnik-leytenantı Heydər Heydərov xəstələrə yüksək qayğı göstərməklə, onlara zəruri xidmətlər təqdim etməklə sağlamlıqlarına qovuşduran DİN-in Arif Heydərov adına Respublika Hospitalının həkim kollektivinə təşəkkürünü bildirir və burada yaradılan yüksək şəraitdən razılığını ifadə edir.
15.02.2019 - Qusar rayon Çiləgir kənd sakini Pirmet Sultanov özünün və həmkəndlisinin...
Qusar rayon Çiləgir kənd sakini Pirmet Sultanov özünün və həmkəndlisinin müraciətinə operativ şəkildə baxılmasına və onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Qusar RPŞ-nin rəhbərliyinə və İTB-nin sahə rəisi, polis kapitanı Fərid Rəhimova təşəkkürünü bildirir.
15.02.2019 - Siyəzən rayon sakini Ramil Məmmədov xəstə övladını Sumqayıt şəhərində...
Siyəzən rayon sakini Ramil Məmmədov xəstə övladını Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparan zaman oranın ünvanını tapmaqda göstərdiyi köməyə görə Sumqayıt ŞPİ-nin DYP-nin əməkdaşı, polis serjantı Elçin İsmayılova təşəkkürünü bildirir və Azərbaycan Polisi ilə fəxr etdiyini ifadə edir.
13.02.2019 - Goranboy rayon sakini Ramiq Məmmədov baş vermiş oğurluq hadisəsinin tez bir...
Goranboy rayon sakini Ramiq Məmmədov baş vermiş oğurluq hadisəsinin tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Xocalı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.