Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.01.2019 - Bakı şəhər sakini Ramil Abbasov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Ramil Abbasov DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda müraciətinin obyektiv araşdırıldığına və müsbət həll olunduğuna görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
31.01.2019 - Vətəndaş Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Mingəçevir ŞPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi Vahid Məmmədova vətəndaşlarla səmimi münasibətinə, problemlərinin həllində göstərdiyi köməkliyə görə öz minnətdarlığını bildirir.
31.01.2019 - Astara rayon sakini Zakir Əsədullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Astara rayon sakini Zakir Əsədullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Astara RPŞ-yə etdiyi müraciətin obyektiv araşdırılaraq düzgün hüquqi qiymət verilməsinə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.
31.01.2019 - Lənkəran rayonunun Siyavar kənd sakini Feyruz Bağırov DİN rəhbərliyinə...
Lənkəran rayonunun Siyavar kənd sakini Feyruz Bağırov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda edilən müraciətlərə həssaslıqla yanaşılmasına, vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirovdan razılığını bildirir.
31.01.2019 - Zaqatala rayonunun Aşağı Tala kənd sakini Qaraca Səfər DİN rəhbərliyinə...
Zaqatala rayonunun Aşağı Tala kənd sakini Qaraca Səfər DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin həllində göstərdikləri köməyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşı Şöhrət Əhmədova təşəkkürünü bildirir.
30.01.2019 - Bakı şəhər sakini İlham Mustafayevin DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini İlham Mustafayevin DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə dərhal baxılmasına görə DİN və Binəqədi RPİ-nin rəhbərliyinə minnətdarlığını bildirir.
30.01.2019 - Qusar rayonunun Urva kənd sakini Səriyyə Adıgözəlova DİN-ə ünvanladığı...
Qusar rayonunun Urva kənd sakini Səriyyə Adıgözəlova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq müvafiq tədbir görüldüyü üçün DİN, Qusar RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
28.01.2019 - Rusiya Federasiyasının Kirov vilayətinin Balezinşina kəndinin sakini İvan...
Rusiya Federasiyasının Kirov vilayətinin Balezinşina kəndinin sakini İvan Monko DİN-ə ünvanladığı məktubunda 2018-ci ilin sentyabr ayında ölkəmizdə turist səfərində olduğunu qeyd edərək, istirahət mərkəzlərindən birində dincələrkən ondan 500 avro pulun artıq alındığından şübhələndiyini, bu məsələ ilə əlaqədar polis orqanlarına müraciət etdiyini bildirir. Polis əməkdaşlarının araşdırmasından sonra həmin artıq alınan pulun ona qaytarılmasına görə minnətdarlığını bildirən məktub müəllifi əməkdaşların peşəkarlığını yüksək qiymətləndirir.
28.01.2019 - Bakı şəhər sakini, kimya elmləri üzrə fəlsəfə doktoru Nizami Adıgözəlov DİN...
Bakı şəhər sakini, kimya elmləri üzrə fəlsəfə doktoru Nizami Adıgözəlov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qonşuları ilə aralarında uzun müddət davam edən ziddiyyəti qabaqlayıcı profilaktiki tədbirlər görərək aradan qaldırdığına və onları barışdırdığına görə Səbail RPİ 9-cu PB-nin polis sahə rəisi Allahverdi Cəfərova minnətdarlığını bildirir.