Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.03.2019 - Siyəzən rayon sakini Elçin Nəcəfov DİN-ə ünvanladığı məktubunda bildirir ki,...
Siyəzən rayon sakini Elçin Nəcəfov DİN-ə ünvanladığı məktubunda bildirir ki, fevral ayının 7-də Quba rayonunda yerləşən daş karxanalarının birində baş vermiş bədbəxt hadisə zamanı qohumu Vüqar Qasımov həmin ərazidəki göldə boğularaq həyatını itirib. Gölün dərin olması səbəbi ilə axtarışlar davam edib. Bu müddət ərzində mərhumun yaxınların ilə mütəmadi olaraq əlaqə yaratdığına və onların dərdlərinə şərik olduğuna görə, FHN-nin əməkdaşlarına yaxından kömək etdiklərinə görə E.Nəcəfov və mərhumun həyat yoldaşı Quba RPŞ-nin rəhbərliyinə və sahə rəisi, polis mayoru Vidadi Əsədova minnətdarlıqlarını bildirirlər.
14.03.2019 - Bakı şəhər sakini Natella Cabbarova DİN-ə ünvanladığı məktubunda şikayətinə...
Bakı şəhər sakini Natella Cabbarova DİN-ə ünvanladığı məktubunda şikayətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
14.03.2019 - Ağdam rayon sakini Məhərrəm Ələsgərov ona dəyən ziyanın ödənilməsində...
Ağdam rayon sakini Məhərrəm Ələsgərov ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
11.03.2019 - Xaçmaz rayon sakini Xəlilulla Süleymanov DİN rəhbərliyinə ünvanladığı...
Xaçmaz rayon sakini Xəlilulla Süleymanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Quba rayonunun Zərqova kəndində yerləşən ata evindən oğurluq edilməsi ilə bağlı Quba RPŞ-yə etdiyi müraciətin peşəkarlıqla araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb olunmasında göstərdikləri xidmətə görə DİN, Quba RPŞ rəhbərliyinə və bütün polis əməkdaşlarına minnətdarlığını bildirir.
11.03.2019 - Xaçmaz rayon Ç.Abdullayev adına 2 saylı tam orta məktəbin şagird və müəllim...
Xaçmaz rayon Ç.Abdullayev adına 2 saylı tam orta məktəbin şagird və müəllim kollektivi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda təhsil müəssisəsində narkotik maddələrin zərərləri barədə keçirilən tədbirə, həmçinin şəhid Ç.Abdullayevin büstünün yenidən qurulmasında və ətrafının abadlaşdırılmasında göstərdikləri köməyə görə Xaçmaz RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.
09.03.2019 - Göygöl rayon Yeni Zod kənd sakini Reyhan Hacıyeva DİN rəhbərliyinə...
Göygöl rayon Yeni Zod kənd sakini Reyhan Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda, nəvəsinin törətdiyi yol nəqliyyat hadisəsi ilə bağlı müraciətinə qısa müddətdə baxılaraq obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
08.03.2019 - Lənkəran rayonunun Havzava kənd sakini Aşurəli Kərimov DİN rəhbərliyinə...
Lənkəran rayonunun Havzava kənd sakini Aşurəli Kərimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda onunla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə edilən müraciətin təhqiqat bölməsinin təhqiqatçısı Mustafa Mustafazadə tərəfindən obyektiv şəkildə araşdırıldığını bildirir və minnətdarlığını ifadə edir.
08.03.2019 - Masallı rayonunun Qızılavar kənd sakinləri Məhraməli Fətullayev və İntiqam...
Masallı rayonunun Qızılavar kənd sakinləri Məhraməli Fətullayev və İntiqam Mahmudov öz təşəkkür məktubunda müraciətlərinin obyektiv şəkildə araşdırılmasına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
07.03.2019 - Salyan rayon sakini Esmira Mehdiyeva şikayət ərizəsinə vaxtında baxıldığına...
Salyan rayon sakini Esmira Mehdiyeva şikayət ərizəsinə vaxtında baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.