Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Cəlilabad şəhər sakini Atif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğlunun itkin düşməsi ilə bağlı rayon polis şöbəsinə etdiyi müraciətə həssaslıqla yanaşılmasına, axtarışın peşəkarlıqla aparılmasına və oğlunun tapılaraq ailəyə təhvil verilməsinə görə Cəlilabad RPŞ-nin rəisi Mübariz Quliyevdən razılığını ifadə edir və minnətdarlığını bildirir.

Astara rayon Qapıçıməhəllə kənd sakini Zakirə Məmmədova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon polis şöbəsinə etdiyi müraciətlə bağlı ona köməklik göstərilməsinə görə RPŞ-nin rəisi Azər Cahangirova minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Xəqani Rzayev DİN-ə ünvanladığı məktubunda bildirir ki, yanvarın 4-də azyaşlı oğlunun qəfil qıcolması tutub və səhhəti pisləşib. Uşağın vəziyyəti getdikcə daha ağırlaşdığından onu tez xəstəxanaya aparmaq üçün yola çıxıblar. Bu zaman təlaş içində olduqlarını görən həmin ərazidə Post Patrul Xidməti avtomobilində xidmət aparan polis əməkdaşları onlara yaxınlaşıblar. Vəziyyəti öyrənən polislər uşağı valideynləri ilə birlikdə maşına mindirərərək təcili klinikaya çatdırıblar. Həkimlərin səyi ilə uşağın səhhəti qaydasına düşüb.

X.Rzayev bildirir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları olan polis kapitanı Orxan Eyvazlı və polis serjantı Ayaz İsmayılov xəstəxanada olduqları müddətdə onların yanında olub və bütün lazımi köməkliyi göstəriblər.

Həmin vəziyyətdə göstərilən diqqət və qayğını sözlə ifadə etməyin mümkün olmadığını bildirən X.Rzayev bu yüksək mənəvi keyfiyyətlərinə, diqqət və qayğıya, operativliyə görə DİN rəhbərliyinə, həmçinin 9-cu Polis Bölməsinin əməkdaşları, polis kapitanı Orxan Eyvazlı və polis serjantı Ayaz İsmayılova dərin təşəkkürünü bildirir və belə polis əməkdaşlarının qürur mənbəyi olduğunu xüsusi qeyd edir.

Astara rayonunun Vaqo kənd sakini Əlif Babayev öz təşəkkür məktubunda etdiyi müraciətin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə, həmçinin Astara RPŞ-nin rəisi Azər Cahangirova minnətdarlığını ifadə edir.

Xaçmaz şəhər sakini Namiq Feyzullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai asayişin və yollarda təhlükəsizliyin təmin olunmasında göstərilən xidmətlərə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini, II-ci qrup Qarabağ əlili Bəylər Teymurov və Sumqayıt şəhər sakini, I-ci qrup Qarabağ əlili Nəcəf Cəfərli səhhətlərində yaranan problem zamanı onlara göstərilən tibbi xidmətə görə DİN-in A.Heydərov adına Respublika Hospitalının rəhbərliyinə və bütün tibbi personala təşəkkürlərini bildirirlər.

Füzuli rayonunun Mirzənağılı kəndində yaşayan İlkin Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqli yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin rəisi Xəqani Məmmədova minnətdarlığını bildirir.

Bakı şəhər sakini Əlövsət Məmmədquliyev DİN-ə ünvanladığı məktubunda evində baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasında və ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Sabuncu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elxan Abdullayev DİN-ə ünvanladığı məktubunda bildirir ki, ötən il dekabrın 16-da Tovuz rayonundan Bakıya qayıdarkən səhhəti qəflətən pisləşdiyindən avtomobilini kənara çəkib saxlayıb. Bu zaman maşınına yaxınlaşan həmin ərazidə xidmət aparan Yol Patrul Xidmətinin əməkdaşları ona ilkin tibbi yardım göstərib, səhhəti qaydasına düşəndən sonra yola salıblar.

E.Abdullayev qeyd edir ki, həmin vəziyyətdə ona göstərilən diqqət və qayğını sözlə ifadə etmək mümkün deyil. O, bu yüksək mənəvi keyfiyyətlərinə, diqqət və qayğıya görə DİN rəhbərliyinə, həmçinin Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu taqımının əməkdaşları Arif İmranova və İsa Abdullayevə dərin təşəkkürünü bildirir.