Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Sevər Əhmədli küçədə bir şəxsin qıza xəsarət yetirməsi ilə bağlı polisə zəng vurduğunu, müraciəti əsasında sözügedən hadisənin qarşısının dərhal alındığını yazır. O, göstərilən operativliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir. 

Hindistan Respublikasının vətəndaşı Singh Pardeep üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayəti törədən şəxsin saxlanılmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Səbail RPİ 9-cu Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Vətəndaş Samir Babaşirinov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Pirallahı RPİ-nin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarına təşəkkürünü bildirir.

Şirvan şəhər sakini, Vətən Müharibəsi iştirakçısı Kamran Mustafazadə DİN-ə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Tural Qaziyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobilindən edilən oğurluqla bağlı müraciəti ilə əlaqədar Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən operativ tədbirlərin həyata keçirildiyini, bu əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını və oğurlanmış əşyalarının ona qaytarıldığını qeyd edir. 
T.Qazıyev müraciətinə diqqətlə yanaşılmasına və həyata keçirilən operativ tədbirlərə görə 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Toğrul Hüseynov məktubunda nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasının təsdiq edilməsinin təqdirəlayiq olduğunu qeyd edərək pərdə və plyonkaların çəkilməsinə icazə verilməsinə görə təşəkkürünü ifadə edir. 

Ucar rayon sakini Kamran Əzizov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, oğurlanmış mobil telefonunun polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə tapılaraq özünə qaytarıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Nuranə Mirzəyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Bakı şəhər sakini Nihad Savalanlı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığına, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə dəvət olunaraq dinlənildiyinə və müvafiq araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.