Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Pərvanə Abdulzadə “Azər-hüquq” MMC tərəfindən ona dəymiş ziyanın ödətdirlməsində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

237 nömrəli orta məktəbin VI sinif şagirdi Zümrüd Muradovaya hədə-qorxu gələrək onun qulağındakı sırğaları açıb hadisə yerindən qaçan şəxsin qısa zaman kəsiyində Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub qanuna təslim edilməsinə görə məktəbin valideyn komitəsi DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Lerik rayon sakini Ülfət Əmənullayeva probleminin həllində göstərdiyi köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Şərur Rayon Polis Şöbəsinin Veteranlar Şöbəsinin sədri Elxan Həsənov DİN-in Arif Heydərov adına Respublika Hospitalında polis əməkdaşlarına, xüsusən də veteranlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elşən Səfərov maşınında yaranmış nasazlıq səbəbindən köməksiz vəziyyətdə qalarkən köməyinə çatan həmkarlarımıza təşəkkürünü bildirir.

Abşeron rayonunda yaşayan İsmayıl Əmənov DİN-ə ünvanladığı məktubunda fevralın 19-dan 20-nə keçən gecə Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış massivindəki 8-ci binada baş vermiş yanğın zamanı polis əməkdaşlarının sakinlərin təxliyyəsində, onların təhlükəsizliyinin təmin edilməsində göstərdikləri fədakarlıqlara görə DİN və Abşeron RPİ-nin rəhbərliyinə, xüsusən bina sakinlərinin təxliyyəsi zamanı tüstüdən zəhərlənmiş Post Patrul Xidməti Bölüyünün əməkdaşları, polis serjantları İlkin Kərimov, Elməddin Alıyev, Bəhruz Heydərli və Kamil Həsənova minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Asif Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizəyə, vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov və müavini Aqşin Tağıyevdən razılığını bildirir.

Sabirabad rayonunun Qəzli kənd sakini Soltanəhməd Qasımov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişin və sabitliyin qorunmasındakı xidmətlərinə görə polisin fəaliyyətindən məmnunluğunu ifadə edir, həmçinin Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Fizuli Mövsümov asayişin etibarlı mühafizəsində göstərdikləri fədakarlığa və sabitliyin təmininə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.