Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Şahin İbrahimov hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Günəş Həmidova üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Elnur Rüstəmov “İnstagram" sosial şəbəkəsi vasitəsilə barəsində şərəf və ləyaqət alçaldıcı, təhqiramiz ifadələr işlədildiyi,ailəsini dağıtmağa cəhd olunduğu,işguzar nüfuzuna xələl gətirən yazılar paylaşıldığı barədə etdiyi müraciətə həssas yanaşılmasına, göstərilən diqqətə və obyektiv araşdırmalara görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Vüsal Ağayev avtomobil idarə edərkən səhəti ilə bağlı üzləşdiyi narahatlığa polis əməkdaşları tərəfindən dərhal reaksiya verildiyinə, ona lazımi ilkin tibbi yardımın göstərildiyinə görə polis əməkdaşlarına nümunəvi davranışlarına görə təşəkkür edir.

Bakı şəhər sakini Elman Musayev məktubunda paytaxtın Xətai rayonu ərazisində xidmət aparan Dövlət Yol Polisi əməkdaşlarının xoş rəftar və nəzakətli davranışılarının şahidi olduğunu qeyd edərək bunun təqdirəlayiq olduğunu bildirir. O, yol polisi əməkdaşlarının belə nümunəvi xidmətlərinə görə DİN rəhbərliyinə və  Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.  

Sumqayıt səhər sakini Bakir Abdullayev ünvanladığı müraciətə həssaslıqla yanaşılaraq, eləcə də oğurlanan velosipedinin operativ tapılaraq özünə qaytalımasına görə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini  İlham Xəlilov və sosial şəbəkə izləyiciləri Günay Rəcəbli və Vüqar Qasımov üzləşdikləri problemlərlə əlaqədar etdikləri müraciətlərə çevik reaksiya verilərək onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Çimnaz Şaməmmədli DİN-ə ünvanladığı təşəkkür məktubunda  yazır ki,  pulqabısını naməlum şəraitdə itirib. Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinə gələrək polis əməkdaşlarından ona kömək etmələrini xahiş edib. Pulqabısı tez bir zamanda tapılıb. Göstərilən köməkliyə və vətəndaşa olan doğma münasibətə görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Bakı şəhər sakini Məmməd Dadaşov DİN-ə ünvanladığı təşəkkür məktubunda mobil telefonunun dələduzluq yolu ilə ələ keçirilməsilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və tez bir zamanda hadisəni törətmiş şəxsin aşkar edilməsində və mobil telefonunun qaytarılmasında göstərilən köməkliyə görə Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin şəxsi heyətinə  minnətdarlıq edir.