Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.07.2026 - Vətəndaş Elçin Əlimərdanov
Vətəndaş Elçin Əlimərdanov “DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında Naxçıvan Şəhər Polis İdarəsinə etdiyi müraciətinə qısa müddətdə baxıldığını, məsələyə operativ və diqqətli yanaşıldığını qeyd edir. Vətəndaş müraciətinə göstərilən həssas münasibətə və operativliyə görə DİN rəhbərliyinə və Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2026 - Vətəndaş Gülnar Həsənova
Vətəndaş Gülnar Həsənova DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
28.07.2026 - Vətəndaş Kənan Əsədov
Vətəndaş Kənan Əsədov DİN-in “Instagram” səhifəsinə ünvanladığı mesajında Nərimanov rayonu ərazisində üzləşdikləri yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov RPİ-nin Təhqiqat Şöbəsində aparılan araşdırmadan razı qaldığını, əməkdaşların ona müvafiq köməklik göstərdiklərini qeyd edərək minnətdarlığını bildirir. Aparılan obyektiv araşdırmaya görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinə təşəkkürünü bildirir.
28.07.2026 - Vətəndaş Əfsanə İmanova
Vətəndaş Əfsanə İmanova “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində aparılan araşdırmanın iştirakçısı olduğunu bildirir. O qeyd edir ki, araşdırma obyektiv və peşəkar şəkildə aparılıb. Göstərilən diqqətə və peşəkar fəaliyyətə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirir.
28.07.2026 - Vətəndaş Mədinə Məmmədova
Vətəndaş Mədinə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “Mənə qarşı törədilmiş oğurluq əməlinə görə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Bildirirəm ki, Nəsimi RPİ-nin 22-ci PŞ-də aparılan təhqiqat araşdırması nəticəsində mənə dəymiş ziyan ödətdirilmişdir. Buna görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinə təşəkkürümü bildirirəm. Var olsun, Azərbaycan polisi!”.
28.07.2026 - Vətəndaş Kamran Nəzərəliyev
Vətəndaş Kamran Nəzərəliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma müddətində qəbul olunduğunu, hüquq və vəzifələrinin ətraflı izah edildiyini, həmçinin müraciətinə diqqətlə yanaşıldığını qeyd edir. Vətəndaş müraciətlərinə həssas münasibət göstərilməsinə, ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
28.07.2026 - Vətəndaş Nizami Həsənov
Vətəndaş Nizami Həsənov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda polis əməkdaşlarının müraciətlərinə göstərdikləri diqqət və qayğıdan məmnun qaldığını bildirir. O, polis əməkdaşlarının vətəndaşlarla səmimi ünsiyyət qurduqlarını, problemlərinin həllinə həssas yanaşdıqlarını və göstərdikləri dəstəyin onun tərəfindən yüksək qiymətləndirildiyini qeyd edir. N.Həsənov göstərilən diqqətə və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlərə görə DİN rəhbərliyinə və Qobustan Rayon Polis Şöbəsinə minnətdarlığını ifadə edir.
28.07.2026 - Vətəndaş Elçin Rzazadə
Vətəndaş Elçin Rzazadə “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində mobil telefonunu itirməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət etdiyini bildirir. O qeyd edir ki, müraciətinə dərhal və operativ baxılaraq mobil telefonunun tapılmasında köməklik göstərilib. Göstərilən operativliyə və diqqətə görə DİN rəhbərliyinə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.07.2026 - Vətən müharibəsi qazisi Vüqar Qasımov
Vətən müharibəsi qazisi Vüqar Qasımov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə müraciət etdiyini qeyd edir. V.Qasımov müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və məsələnin müsbət həll olunmasına görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.