Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Samirə Bayramova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Xətai RPİ-nin, eləcə də 35-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnur Sadıqzadə pozulmuş hüquqlarının bərpası ilə bağlı Xətai Rayon Polis İdarəsinə müraciət etdiyini qeyd edir. O, müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçiridiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə 35-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.     

Vətəndaş Munir Niftəliyev oğurluq hadisəsi ilə bağlı müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.

Vətəndaş Ruzi Seyidli başına üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı DİN-in “102” Xidməti-Zəng mərkəzinə müraciət etdiyini bildirir. O, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən ən qısa vaxtda köməklik göstərilməsinə və obyektiv araşdırma aparılmasına görə təşəkkür edir. 

Bakı şəhər sakin Maya İsayeva vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Vətəndaş Firudin Rahmanov Daxili İşlər Nazirliyinə təşəkkür mesajı ünvanlayıb. O, iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsində obyektiv və operativ araşdırma aparıldığını qeyd edir.

Vətəndaş Nihat Hüseynov baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Şəkər Orucova avtomobil yollarında təhlükəsizliyin etibarlı təmin olunmasına, polis əməkdaşlarının humanistliyinə, xoş rəftarlarına və nəzakətli davranışlarına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Şahbuz rayon sakini Vasif Əliyev itirdiyi bank kartı ilə bağlı Şahbuz Rayon Polis Şöbəsinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılmaqla qısa zamanda tapılaraq ona təhvil verildiyini yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.