Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
31.07.2019 - Tovuz rayon Əsrik kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Maarif...
Tovuz rayon Əsrik kənd sakini, Azərbaycan Yazıçılar Birliyinin üzvü Maarif Həsənoğlu DİN rəhəbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin şərəfli xidmətindən razılığını bildirir və DİN-in Mətbuat Xidmətinin rəhbərliyinə vətəndaş-polis münasibətlərini yüksək səviyyədə tənzimlədiyinə görə öz təşəkkürünü bildirir.
31.07.2019 - Gədəbəy rayon Çalburun kənd sakini Aliq Bagirov DİN rəhbərliyinə ünvanladığı...
Gədəbəy rayon Çalburun kənd sakini Aliq Bagirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizəyə, ümumtəhsil məktəblərində keçirilən maarifləndirici tədbirlərə və rayon ərazisində yol hərəkəti təlükəsizliyinin təmin edilməsinə görə Gədəbəy RPŞ-nin rəisi, polisi polkovniki Mehman Həşimovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.
31.07.2019 - Lənkəran rayon sakini Yaşar Kərəmov öz təşəkkür məktubunda cinayətkarlığa...
Lənkəran rayon sakini Yaşar Kərəmov öz təşəkkür məktubunda cinayətkarlığa qarşı aparılan mübarizəyə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına, vətəndaşların müraciətlərinə həssaslıqla və obyektiv şəkildə yanaşılmasına görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətova minnətdarlığını ifadə edir.
31.07.2019 - Cəlilabad rayonunun Kazımabad kənd sakini Oqtay Hüseynov öz təşəkkür...
Cəlilabad rayonunun Kazımabad kənd sakini Oqtay Hüseynov öz təşəkkür məktubunda oğlunun DİO-da xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.07.2019 - Bakı şəhər sakini Yaqut Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Yaqut Quliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Sabir bağında itirdiyi 650 manat pulunun tapılıb qaytarılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin Post-Patrul Xidmətinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.07.2019 - Mingəçevir şəhər sakini Pərvanə Kərimova DİN rəhbərliyinə ünvanladığı...
Mingəçevir şəhər sakini Pərvanə Kərimova DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda itirmiş olduğu ona məxsus sənədlərin və pul kisəsinin tapılıb qaytarılmasında etdikləri köməkliyə görə Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
26.07.2019 - Bakı şəhər sakini Məhərrəm Cəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Məhərrəm Cəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vəziyyəti ağır olan qardaşının xəstəxanaya çatdırılmasında göstərdiyi köməkliyə görə Səbail Rayon Mühafizə İdarəsinin rəisi Habil Əsədova minnətdarlığını bildirir.
26.07.2019 - Bakı şəhər sakini Tamella Quliyeva DİN-ə ünvanladığı məktubunda bildirir ki,...
Bakı şəhər sakini Tamella Quliyeva DİN-ə ünvanladığı məktubunda bildirir ki, sükan arxasında olan həyat yoldaşının qəfil vəziyyəti pisləşib. Ona köməyə gəlib ilk tibbi yardım göstərən və xəstəxanaya çatdırılmasında köməklik edən polis əməkdaşlarına minnətdarlıq edir.
26.07.2019 - Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Rita Zabloskaya...
Taras Şevçenko adına Kiyev Milli Universitetinin professoru Rita Zabloskaya DİN rəhbərliyinə ünvanladığı məktubunda ailəsi ilə birlikdə istirahətdə olduqları “Xəzri” istirahət mərkəzinda yaradılan şəraitdən və gülərüz personaldan razılıq edir və təşəkkürünü bildirir.