Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda icimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına, narkotiklərin qansuz dövriyyəsinə qarşı aparılan mübarizəyə görə Astara RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Neftçala rayon Bankə qəsəbəsinin bir qrup sakinləri DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə RPŞ-nin rəisi Vüsal Şəbəndəyevdən razılığını bildirir və minnətdarlığını ifadə edirlər.

Şirvan şəhər sakini Qurbanxan Dəmirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki Xan Sarayında baş verən hadisədə vətəndaşlara göstərdikləri köməkliyə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Kürdəmir rayonu Pirili kənd sakini Laçın Eyvazov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda əmlakının oğurlanması barədə etdiyi müraciətinə operativ reaksiya verildiyinə və ona dəymiş maddi ziyanın ödənilməsinə görə Kürdəmir RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Ağsu rayonu Ağalarbəyli kənd sakini Şərafətdin Əzizov və Gəgəli kənd sakini Ağasəf Fərmanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda itmiş mal-qaralarının tez bir zamanda tapılıb onlara qaytarılmasında göstərdikləri köməkliyə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirirlər.

Quba RPŞ-nin veteranlar şurasının sədri, istefada olan polis mayoru Cəlaləddin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa və hüquq pozmalarına qarşı görülən tədbirlərə görə, eləcə də ictimai sabitliyin və istimai asayişin təmin olunmasında göstərilən xidmətlərə görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Neymətova və bütün polis əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş Elnarə Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda əmlakının oğurlanması barədə etdiyi müraciətinə operativ reaksiya verildiyinə və ona dəymiş maddi ziyanın ödənilməsinə görə Zaqatala RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş İsrail Paşayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və rəisi Şəhmir Uluxanovun xidməti fəaliyyətindən razılıq edir, onların sürücülər, piyadalar, məktəblilər arasında keçirdikləri maarifləndirmə tədbirlərinə görə öz minnətdarlığını bildirir.

Göygöl rayon sakini Marif Nağıyev DİN-ə ünvanladığı təşəkkür məktubunda, Göygöl rayon Sarı-Su PB-də sahə rəisi işləyən, oğlu Elgün Nağıyevin rayon ərazisində törətdiyi yol-nəqliyyat hadisəsi zamanı xəsarət faktına göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.