Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Aydın Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda BDYPİ-nin Şəki Regional Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Natiq Yaqubovun xidməti fəaliyyətindən razılıq edir, müharibə əlillərinə və şəhid ailələrinə göstərdiyi köməkliyə, onlarla xoş ünsiyyət və rəftara görə öz minnətdarlığını bildirir.

Şəki rayonu Zunud kəndinin bir qrup sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki Xan Sarayında baş vermiş hadisə zamanı orada olan, eləcə də xəsarət almış turistlərə göstərdikləri köməkliyə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına öz minnətdarlıqlarını bildirirlər.

Bakı şəhər sakini Elçibəy Məmmədov DİN-ə ünvanladığı məktubda BDYPİ-nin Saray qəsəbəsi ərazisindəki stasionar postunun yaxınlığında idarə etdiyi avtomobilinin yanacağının qurtardığını və pulunun olmadığı üçün düşdüyü çətin vəziyyətdən çıxmasına maddi köməklik göstərən Elbəy adlı YPX əməkdaşına təşəkkürünü ifadə edir.

Bərdə rayon sakini Rahilə Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda mikroavtobusda yaranan nasazlığın aradan qaldırılmasında göstərdikləri köməyə görə Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayon sakini, 2-cu qrup Qarabağ əlili Elbrus Rüstəmov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayevin xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstədiyi diqqət və qayğıya görə öz minnərdarlığını bildirir.

Şabran rayon sakini Tural Bağırovun DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara göstərilən diqqət və qayğıya görə Şabran RPŞ-nin rəhbərliyinə və bütün əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Solmaz Kazımova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda övladının təhsil aldığı Polis Akademiyasının səliqə-sahmanından, təmizliyindən, orada yaradılan şəraitdən razılığını bildirir və Akademiyanın rəhbərliyinə minnətdarlıq edir.

Göyçay rayon sakini Nailə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda etdiyi müraciətə tez və operativ şəkildə baxılaraq göstərilən köməkliyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini, DİN-nin veteranı istefada olan polis polkovniki Vaqif Kərimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİN-in A.Heydərov adına Respublika Hospitalının Terapiya şöbəsinin həkim kollektivindən və əməkdaşlarından razılıq edir və minnətdarlığını bildirir.