Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.08.2019 - Sumqayıt şəhər sakini Alxan Paşayev DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Sumqayıt şəhər sakini Alxan Paşayev DİN rəhbərliyinə ünvanladığı məktubunda 102 Zəng Mərkəzinə zəng edərək qoyunlarının oğurlanması ilə bağlı etdiyi müraciətə tez və operativ baxılaraq tapılıb qaytarılmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.
26.08.2019 - Bakı şəhər sakini Rümiyyə Simakina DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Rümiyyə Simakina DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi şikayət ərizəsinə baxıldığına və ona göstərilən köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
23.08.2019 - İmişli rayon sakini Almaz Abışov öz təşəkkür məktubunda polis veteranı...
İmişli rayon sakini Almaz Abışov öz təşəkkür məktubunda polis veteranı Fərhad Süleymanovun 70 illiyini təntənəli qeyd edilməsinə, fəxri fərmanla təltif olunmasına və veteranlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
23.08.2019 - Mingəçevir şəhər sakini, Qarabağ veteranı Vaqif Hüseynov DİN rəhbərliyinə...
Mingəçevir şəhər sakini, Qarabağ veteranı Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Yevlax rayonunda 7 saylı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi Elxan Əliyevin xidməti fəaliyyətindən razılıq edir, vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir.
20.08.2019 - Bir qrup Şəki şəhər sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Bir qrup Şəki şəhər sakini DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi Şəhmir Uluxanovun və digər əməkdaşların xidməti fəaliyyətindən razılıq edirlər, eləcə də yerli sakinlərə, rayona üz tutan turistlərə göstərdikləri köməkliyə görə, öz minnətdarlıqlarını bildirirlər.
16.08.2019 - Şirvan şəhər sakini Xeyrulla Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Şirvan şəhər sakini Xeyrulla Babayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verildiyinə və tez bir zamanda həllini tapdığı üçün Şirvan ŞPŞ-nin rəisi, polis polkovniki Hikmət Quliyevə öz minnətdarlığını bildirir.
16.08.2019 - Kürdəmir rayonu Xəlsə kənd sakini Əliyar Həziyev DİN rəhbərliyinə ünvanladığı...
Kürdəmir rayonu Xəlsə kənd sakini Əliyar Həziyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yaşadığı kənddə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə Kürdəmir RPŞ-nin sahə müvəkkili, polis mayoru Əliyar Həziyevə minnətdarlığını bildirir.
16.08.2019 - Sabirabad rayon sakini Rza Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Sabirabad rayon sakini Rza Rzayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə RPŞ-nin rəisi, polis polkovniki Namiq Camalovdan razılığını bildirir və minnətdarlığını ifadə edir.
16.08.2019 - Ağsu rayon sakini Əflakə Məmmədova və Vidadi Piriyev DİN rəhbərliyinə...
Ağsu rayon sakini Əflakə Məmmədova və Vidadi Piriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində cinayətkarlığa və hüquq pozmalarına qarşı görülən tədbirlərə görə, eləcə də ictimai sabitliyin və istimai asayişin təmin olunmasında göstərilən xidmətlərə görə Rayon Polis Şöbəsinin rəisi Fəxrəddin Abbasova və bütün polis əməkdaşlarına öz minnətdarlığını bildirir.