Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Qasım Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür Məktubunda yazır ki: “Pirşağı qəsəbəsindəki həyətyanı sahəmdən dəmir arnmaturların oğurlanması barədə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciətə etdim. Müraciətimə tez bir zamanda operativ baxıldı və oğurluğu törətmiş şəxs qısa müddətdə aşkar olunaraq tutuldu. Göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini Nərminə Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qeyd edir ki : “Evimdə təmizlik işləri aparan qadın tərəfindən oğurluq olması faktıyla əlaqədar Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət etdim. Müraciətimə operativ və tez bir zamanda baxıldı. Qısa müddət ərzində oğurluğu törədən şəxsin saxlanılmasına və mənə məxsus qızıl-zinət əşyalarının geri qaytarılmasında   göstərilən köməkliyə görə Binəqədi  Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığımı bildirirəm”.

Bakı şəhər sakini İlkin Aslanov DİN Mətbuat Xidmətinə daxil olan  təşəkkür məktubunda dələduzluğa məruz qalması ilə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə  Xəzər  Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Siyəzən rayon sakini, İkinci Qarabağ Müharibəsi iştirakçısı olan qazi Elçin Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluğa məruz qalması ilə əlaqədar etdiyi müraciətə çevik reaksiya verilməsinə və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə  Nəsimi  Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fateh Həsənzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda yazır: “Mənə düşən əmək haqqımı almaq üçün köhnə iş yerimə gəlmişdim. Ofisdə bildirdim ki, pulum ödənənə qədər buradan çıxıb getməyəcəyəm.  Orada mənə böhtan ataraq polislə hədələdilər. Halbuki mən heç bir qayda pozuntusuna yol vermədən sakitcə fikrimi  bildirib əməkhaqqımın verilməsini gözləyirdim. Böhtan atıldığı təqdirdə DİN-nin 102 Mərkəzi-Zəng Xidmətinə müraciət edib şikayətimi bildirdim. Qısa müddətdə ofisə Nəsimi RPİ-nin 22-ci  Polis Şöbəsinin əməkdaşları gələrək məsələyə aydınlıq gətirdi. Mənə məxsus əməkhaqqım ödənildi. Müraciətimə çevik reaksiya verilməsinə və mənə göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığımı bildirirəm”.

İnstagram izləyicisi DİN rəhbərliyinə ünvanladığı məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında fəal iştirakına görə Xətai Rayon Polis İdarəsinin şəxsi heyətinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə izləyicisi DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda aradan qaldırılmasına görə Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İbrahim İbrahimov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına, göstərilən diqqətə və səmimi qəbula görə Nizami RPİ-nin 25-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Cəlalə Mənsimova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına, göstərilən diqqətə görə  təşəkkürünü bildirir.