Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup vətəndaş Nigar Məmmədzadə, Kifayət Yəhyayeva, Sevda Şahkərimova, Nərminə Həbibova, Taqət Mustafayeva və Könül Əhmədova üzləşdikləri dələduzluq hadisəsi ilə əlaqədar etdikləri müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Şahbuz rayon sakini Amid Hüseynov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb: “Üzləşdiyim problemlə əlaqədar etdiyim müraciətə həssaslıqla yanaşaraq qısa zaman ərzində həll olunmasında göstərdikləri köməkliyə görə Şahbuz RPŞ-nin əməkdaşlarına təşəkkürümü bildirirəm.Müraciətimin müsbət həll olunmasına görə Azərbaycan polisinə minnətdaram!”.

Bakı şəhər sakini Zamiq Yunusov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Abşeron rayon sakini Seymur Əskərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Kəlbəcər rayon sakini Əlzamin Mamedov ona göstərilən diqqət və qayğıya görə Kəlbəcər və Göygöl Rayon Polis Şöbələrinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bərdə rayon sakini Orxan Yusifov müraciətinin müsbət həllini tapmasına görə Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir. 

Yevlax rayon sakini Mustafa Mustafayev xidməti fəaliyyətini layiqincə yetirdiklərinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini, Vətən müharibəsi iştirakçısı Sərvər Fərzəliyev göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Bir qrup Şirvan şəhər sakini DİN-ə ünvanladıqları təşəkkür məktubunda şəhər ərazisində ictimai təhlükəsizliyin və ictimai sabitliyin təmin olunmasına, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.