Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.08.2019 - Şəmkir rayon sakini Ayşən Hacıyeva üzləşdiyi problemin DİN rəhbərliyi...
Şəmkir rayon sakini Ayşən Hacıyeva üzləşdiyi problemin DİN rəhbərliyi tərəfindən nəzarətə götürüldüyünə və qısa zaman kəsiyində həllini tapdığına görə minnətdarlığını ifadə edir.
16.08.2019 - Vətəndaş Səxavət Şükürov etdiyi müraciətlə bağlı aparılan operativ...
Vətəndaş Səxavət Şükürov etdiyi müraciətlə bağlı aparılan operativ araşdırmaya və göstərilən köməkliyə görə Quba Rayon Polis şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
16.08.2019 - Bakı şəhər sakini Orxan Monsumov yollarda hərəkətin təhlükəsizliyini qoruyan,...
Bakı şəhər sakini Orxan Monsumov yollarda hərəkətin təhlükəsizliyini qoruyan, sürət həddini aşan, avtomobili sərxoş və sənədsiz idarə edənlərlə mübarizədə fədakarlıq göstərərək həyatını belə təhlükəyə atan həmkarlarımıza minnətdarlığını ifadə edir.
16.08.2019 - Bakı şəhər sakini Vəlizadə Vəliağa və Şabran rayon sakini Etibar Kamilov...
Bakı şəhər sakini Vəlizadə Vəliağa və Şabran rayon sakini Etibar Kamilov yolda köməksiz vəziyyətdə qalarkən onların dadına çatan həmkarlarımıza təşəkkür edirlər.
16.08.2019 - Təqaüddə olan polis veteranı Rafiq Məmmədəliyev və Şərur rayon sakini, şəhid...
Təqaüddə olan polis veteranı Rafiq Məmmədəliyev və Şərur rayon sakini, şəhid anası Rəfiqə Salmanova DİN-in Arif Heydərov adına Respublika Hospitalında veteranlara, onların ailə üzvlərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkür edirlər.
16.08.2019 - Qobu qəsəbə sakini Orxan Qəribzadə dünyasını dəyişmiş qardaşının sexindən...
Qobu qəsəbə sakini Orxan Qəribzadə dünyasını dəyişmiş qardaşının sexindən oğurluq etməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsində və oğurluanmış əşyaların geri qaytarılmasında göstərdikləri köməkliyə görə 20-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Babak Musayevə və Əlahiddə Çevik Polis Alayının əməkdaşı Elvin Mustafayevə təşəkkürünü bildirir.
16.08.2019 - Quba rayonu Bağbanlı kənd sakini Vidadi Əhmədov DİN-ə ünvanladığı məktubda...
Quba rayonu Bağbanlı kənd sakini Vidadi Əhmədov DİN-ə ünvanladığı məktubda müraciətinə tez bir zamanda baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə DİN və Quba RPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.
16.08.2019 - Vətəndaş Fizuli Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona...
Vətəndaş Fizuli Nadirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.
10.08.2019 - Keşlə qəsəbəsindəki 278 saylı uşaq bağçasında müvəqqəti məskunlaşan,...
Keşlə qəsəbəsindəki 278 saylı uşaq bağçasında müvəqqəti məskunlaşan, Cəbrayıldan olan məcburi köçkün yazıçı-jurnalist Sərməst Seyidəliyev baş vermiş oğurluq hadisəsi ilə bağlı etdiyi müracətə operativ yanaşdığına, qısa zaman kəsiyində oğurluqda şübhəli bilinən şəxsin müəyyən olunmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Nizami RPİ-nin 23-cü PB-nin rəhbərliyinə, eləcə də sahə rəisi, polis leytenantı Həbib Süleymanova təşəkkürünü bildirir.