Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.07.2019 - “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu şikayət ərizəsi ilə Nəsimi...
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu şikayət ərizəsi ilə Nəsimi Rayon Polis İdarəsinə etdiyi müaraciətdən sonra bir neçə şəxs tərəfindən mənimsənilən 4500 manatın qısa müddət ərzində qaytarıldığına görə DİN rəhbərliyinə və RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
22.07.2019 - Polis veteranı Əkbər İsayev veteranlara göstərdiyi köməkliyə, diqqət və...
Polis veteranı Əkbər İsayev veteranlara göstərdiyi köməkliyə, diqqət və qayğıya görə Bərdə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Muradəli Babayevə təşəkkürünü bildirir.
22.07.2019 - Bakı şəhər sakini Emil Kazımov avtomobilinin qaçırılması ilə bağlı etdiyi...
Bakı şəhər sakini Emil Kazımov avtomobilinin qaçırılması ilə bağlı etdiyi müraciətə Bakı Şəhər Baş Polis İdarəsində verilən çevik reaksiyaya və üzləşdiyi problemin həllinə görə minnətdarlığını ifadə edir.
22.07.2019 - Neftçala rayon sakini Hüseyn Cavadov ölkəmizdəki sabitliyin qorunmasında...
Neftçala rayon sakini Hüseyn Cavadov ölkəmizdəki sabitliyin qorunmasında gecəli-gündüzlü fədakar xidmət aparan həmkarlarımızdan razılığını ifadə edir.
22.07.2019 - Bir qrup Ağcabədi rayon sakini cinayətkarlığa və narkomaniyaya qarşı...
Bir qrup Ağcabədi rayon sakini cinayətkarlığa və narkomaniyaya qarşı mübarizədə, eləcə də yollarda təhlükəsizliyin təmin ediləməsində göstərdiyi xidmətə görə Ağcabədi Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirir.
18.07.2019 - Bakı şəhər sakini Zamiq Hüseynov general-polkovnik Vilayət Eyvazovun...
Bakı şəhər sakini Zamiq Hüseynov general-polkovnik Vilayət Eyvazovun Azərbaycan Respublikası Daxili İşlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ifadə edir, şərəfli və məsuliyyətli xidmətdə uğurlar arzulayır.
18.07.2019 - Bakı şəhər sakini Nuranə Hüseynova, Neftçala rayon Kürqarabucaq kənd sakini...
Bakı şəhər sakini Nuranə Hüseynova, Neftçala rayon Kürqarabucaq kənd sakini Ramil Nəsirov və Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər sakini Rəqsanə Nəsirova Binəqədi rayonunda qeydiyyata düşmək üçün Rayon Polis İdarəsinə mürəciət etdikləri zaman səmimi qəbul olunduqlarına və onlara göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlıq bildirirlər.
18.07.2019 - Bakı şəhər sakini Oktay Əliverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Oktay Əliverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİO-da xidmət edən oğlunun mükafatlandırılmasına görə minnətdarlığını bildirir.
18.07.2019 - Bakı şəhər sakini Pərvanə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Bakı şəhər sakini Pərvanə Quliyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda 6-cı Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.