Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.07.2019 - Bakı şəhər sakini Aygün Hüseynova DİN-ə ünvanladığı təşəkkür məktubunda polis...
Bakı şəhər sakini Aygün Hüseynova DİN-ə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarının işindən razılıq edir və minnətdarlığını bildirir.
18.07.2019 - Bakı şəhər sakini Əsgər Rəhimov DİN rəhbərliyinə ünvanladığı məktubunda...
Bakı şəhər sakini Əsgər Rəhimov DİN rəhbərliyinə ünvanladığı məktubunda etdiyi müraciətə baxılmasına və ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Binəqədi Dövlət Yol Polisi əməkdaşlarına minnətdarlığını bildirir.
18.07.2019 - Abşeron rayon sakini Nüşabə Kərimova oğluna göstərilən köməkliyə görə...
Abşeron rayon sakini Nüşabə Kərimova oğluna göstərilən köməkliyə görə təşəkkürünü bildirir.
15.07.2019 - Gəncə şəhər sakini Rəşaiq Əliyev göstərdiyi səmimiyyətə, diqqət və qayğıya...
Gəncə şəhər sakini Rəşaiq Əliyev göstərdiyi səmimiyyətə, diqqət və qayğıya görə Samux Rayon Polis Şöbəsinin rəisi vəzifəsini müvəqəti icra edən polis polkovnik-leytenantı Malik Məmmədova təşəkkürünü bildirir.
15.07.2019 - Goranboy rayonunun Tatarlı kənd sakini Nazim Adilov DİN rəhbərliyinə...
Goranboy rayonunun Tatarlı kənd sakini Nazim Adilov DİN rəhbərliyinə ünvanladığı məktubunda DİN-in A.N.Heydərov adına Respublika Hospitalının Nevrologiya şöbəsinin tibb personalının ona göstərdiyi yüksək diqqət və qayğıdan, aldığı peşəkar müalicədən razılığını bildirir, həmçinin 2 iyul – Polis Günü münasibəti ilə DİN rəhbərliyinə öz səmimi təbriklərini çatdırır, daxili işlər orqanlarının şəxsi heyətini ürəkdən təbrik edir, onlara çətin və şərəfli işlərində müvəffəqiyyətlər arzulayır.
15.07.2019 - Vətəndaş Samir Vəliyev Şəki rayonu ərazisində baş vermiş yanğın hadisəsinin...
Vətəndaş Samir Vəliyev Şəki rayonu ərazisində baş vermiş yanğın hadisəsinin qarşısının alınmasında ŞRPŞ əməkdaşlarının yaxından iştirakına və göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.
11.07.2019 - Qusar şəhər sakini, 2-ci qrup əlil Hacımirzə Ağamirzəyev DİN rəhbərliyinə...
Qusar şəhər sakini, 2-ci qrup əlil Hacımirzə Ağamirzəyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Qusar RPŞ-nin rəisi Ziya Əliyev tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edir.
11.07.2019 - Sumqayıt şəhər sakini Validə Xudaverdiyeva DİN rəhbərliyinə ünvanladığı...
Sumqayıt şəhər sakini Validə Xudaverdiyeva DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda müraciətinə obyektiv baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
09.07.2019 - Vətəndaş Ceyhun Həsənov DİN-ə ünvanladığı məktubunda bildirir ki, iyunun...
Vətəndaş Ceyhun Həsənov DİN-ə ünvanladığı məktubunda bildirir ki, iyunun 30-da axşam saatlarında 2 aylıq körpəsinin səhhəti qəfildən pisləşib. Təcili körpəni Şamaxı şəhər xəstəxanasına aparıblar. Orada həkimlərin müdaxiləsi ilə uşağın səhhəti normallaşıb. Lakin evə gələndən bir az sonra yenidən vəziyyəti pisləşdiyindən onu Bakıya gətirmək məcburiyyətində qalıblar. Müəllif yazır ki, avtomobildə müəyyən nasazlıq olduğundan sürətlə idarə etmək mümkün deyildi. Gecə saat 2.20 radələrində Qaradağ rayonu ərazisində stasionar yol polisi postuna çatanda ilk ağlına gələn polisə müraciət etmək olub. O, yol polisi əməkdaşlarına problemi bildirib və uşağı Bakıya çatdırmaq üçün kömək istəyib. Polis baş serjantları Fariz Hümbətov və Anar Abdullayev dərhal onu, həyat yoldaşı və körpəsini öz xidməti maşınları ilə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna (OMD) çatdırıblar. Polis əməkdaşları körpənin səhhəti tam qaydasına düşənədək onların yanında olub, ailəyə mənəvi dəstək veriblər. C.Həsənov bu yüksək mənəvi keyfiyyətlərə malik polis əməkdaşlarının olmasına görə, insanlara göstərdikləri diqqət və qayğıya, sonadək ailələrinin yanında olaraq mənəvi dəstəyə və təsəlliyə görə DİN rəhbərliyinə, həmçinin BDYPİ-nin Yol Patrul Xidməti Alayının 3-cü taqımının əməkdaşlarına dərin təşəkkürünü bildirir və belə polis əməkdaşlarının qürur mənbəyi olduğunu qeyd edir.