Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Abdurahman Abdurahmanov DİN-in “Instagram” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində qarşılaşdığı məsələ ilə bağlı polisə etdiyi müraciətinə diqqət və həssaslıqla yanaşıldığını, aparılan araşdırma zamanı polis əməkdaşlarının peşəkar və məsuliyyətli fəaliyyət göstərdiklərini, eyni zamanda ona dəymiş maddi ziyanın qaytarılmasına köməklik edildiyini qeyd edir. Vətəndaş buna görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Zərifə Bağırova DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında qızının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən obyektiv araşdırma aparıldığına, lazımi köməklik göstərildiyinə və müraciətinə həssas yanaşıldığına görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Elmira Əliyeva Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətində keçmiş həyat yoldaşı ilə aralarında yaranan mübahisə ilə bağlı müraciətinə polis əməkdaşları tərəfindən operativ reaksiya verildiyini, lazımi tədbirlərin görüldüyünü və ona köməklik göstərildiyini bildirir. O, buna görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.  

Vətəndaş Nicat Yusifov DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında müraciətinə operativ baxıldığına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Sənan Məmmədov “Facebook” sosial şəbəkəsi vasitəsilə etdiyi müraciətində şikayətinə polis əməkdaşları tərəfindən operativ baxıldığını bildirir. O, görülən tədbirlər nəticəsində probleminin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam şəkildə ödənildiyini qeyd edir. Vətəndaş müraciətinə operativ və həssas yanaşılmasına görə başda DİN rəhbərliyi olmaqla, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Xəyalə Alyarova qonşusu ilə bağlı müraciətinə operativ reaksiya verilməsinə və göstərilən peşəkar xidmətə görə DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, onlara xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Murad Yusifli Daxili İşlər Nazirliyinə ünvanladığı elektron müraciətində bildirir ki, üzləşdiyi problem aidiyyəti üzrə qısa müddətdə araşdırılıb. Müraciətinə obyektiv, operativ və peşəkar yanaşılmasından razı qaldığını bildirən vətəndaş DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnurə Əhmədova DİN-in “Instagram” sosial şəbəkəsi hesabına yazdığı mesajında müraciəti ilə bağlı polis əməkdaşları tərəfindən operativ araşdırma aparıldığını və qanunvericiliyə uyğun tədbirlər görüldüyünü qeyd edir. O, göstərilən diqqətə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına təşəkkür edir. 

Vətəndaş Emil Əliyev müraciəti üzrə göstərilən diqqətə və operativ araşdırmaya görə DİN rəhbərliyinə və  Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına xidmətlərində uğurlar arzulayır.