Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Humay Zöhrabova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb:   Mən Zöhrabova Humay Əli qızı, Nəsimi RPİ 19-cu Polis Şöbəsinə etdiyim müraciətlə əlaqədar təhqiqat xidməti tərəfindən operativ və çevik şəkildə köməklik göstərdiklərinə görə Nəsimi rayon rəhbərliyinə və Cənab Nazirə dərin təşəkkürlərimi bildirirəm.

Vətəndaş Orxan Məmmədov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Təşəkkür edirəm. Avtomobilimi geri götürdüm. Sizə və sizin simanızda bütün ədalətli, vəzifəsini vicdanla yerinə yetirən polis əməkdaşlarına minnətdarlığımı bildirirəm.

Vətəndaş Anar Ağalarzadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Vətəndaş Eldar Kasimov DİN-ə ünvanladığı məktubunda itkin düşmüş qızının polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində tapıldığını qeyd edərək təşəkkürünü bildirir.

Vətən müharibəsi qazisi İlkin Babayev Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini qeyd edir. İ. Babayev müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Culfa şəhər sakini Natiq Əsgərov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı Culfa Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. Müraciətinin obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN və Naxçıvan MR DİN rəhbərliyinə təşəkkürünü bildirir.  

Vətəndaş Zaur Əhmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciəti üzrə Nizami Rayon Polis İdarəsinə aparılan obyektiv araşdırmalarla müraciətinin qısa müddətdə müsbət həll olunduğunu qeyd edir, göstərilən diqqətə və operativliyə görə DİN-in rəhbərliyinə və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Ayşən Tanrıverdiyeva Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə və Abşeron  Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Tural Həkimov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, məktubunda pozulmuş hüquqlarının bərpası ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini qeyd edir. T.Həkimov müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin keçirildiyinə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.