Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Nüşabə Əliyeva müraciətinə qısa zaman ərzində operativ baxılaraq göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Alı Alıyev baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı obyektiv araşdırma aparılmasına və göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tural Mirzəliyev xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Xəzər Rayon Polis İdarəsinin kollektivinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Aman Mohammad müraciətinin nəzarətə götürülərək obyektiv araşdırılmasına və pulunun geri qaytarılmasında ona göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin  əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Elvin Hüseynov mobil telefonunun oğurlanması ilə bağlı müraciətinə operativ baxıldığına və həyata keçirilmiş tədbirlərlə telefonunun qısa müddətdə tapılaraq ona təhvil verildiyinə görə Binəqədi RPİ-nin 40-cı PŞ-nin kollektivinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Fidan Bağırova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan polisinə təşəkkür edir.

Vətəndaş Gülməmməd Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “28.06.2026-cı il tarixində paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşam. Hadisə yerində olan polis əməkdaşı hadisə yerini mühafizə edərək hər kəsə köməklik və diqqət göstərdilər. Bununla bağlı DİN-in rəhbərliyinə və Nərimanov polisinə təşəkkür edirəm”.

Vətəndaş Şamil Orucəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.06.2026-cı il tarixində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Aparılmış təhqiqat araşdırması nəticəsində müraciətimə operativ reaksiya verildi. Ərizəmlə bağlı heç bir şikayət və tələbim yoxdur. Buna görə DİN-in və Xətai Rayon Polis İdarəsinin rəhbərliyinə, həmçinin 34-cü Polis Şöbəsinin əməkdaşlarına dərin təşəkkürümü bildirirəm”.

Vətəndaş İman Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: “05.06.2026-cı il tarixində paytaxtın Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyim avtobusa ziyan dəymişdi. Polis əməkdaşları tərəfindən araşdırma zamanı ziyanın ödənilməsi üçün zəruri tədbirlər görüldü. Buna görə DİN-in və  Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkür edirəm”.