Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.05.2023 - Vətəndaş Həsən Əhmədov
Vətəndaş Həsən Əhmədov pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.05.2023 - Vətəndaş Qəmbər Yusubov
Vətəndaş Qəmbər Yusubov oğurluq hadisəsi ilə bağlı müraciətinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həssaslıqla yanaşmasını təqdir edir, DİN rəhbərliyinə təşəkkürünü bildirir.
15.05.2023 - Vətəndaş Tahir İskəndərov
Vətəndaş Tahir İskəndərov şikayətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında ona göstərilən köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.
15.05.2023 - Vətəndaş Ötkəm Mustafayev
Vətəndaş Ötkəm Mustafayev müraciətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15.05.2023 - Vətəndaş Günay Məmmədli
Vətəndaş Günay Məmmədli üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq tez bir zamanda həllini tapmasında ona göstərdikləri köməkliyə görə Metropolitendə Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin hər bir vətəndaşın çətin anında yanında olub, hüquqlarının qorunmasında əsl peşəkarlıq nümayiş etdirdiyini bildirir.
15.05.2023 - Vətəndaş Nərgiz Hüseynli
Vətəndaş Nərgiz Hüseynli şikayətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında ona göstərilən köməkliyə görə Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir, uğurlar diləyir.
15.05.2023 - Bir qrup Bərdə rayon sakini
Bir qrup Bərdə rayon sakini xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
15.05.2023 - Birinci Qarabağ müharibəsinin veteranı Telman Qasımov
Birinci Qarabağ müharibəsinin veteranı Telman Qasımov ona göstərilən humanist yardıma görə Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.
15.05.2023 - Vətən müharibəsi şəhidi Ramiz Ağayevin qardaşı Ramil Ağayev
Vətən müharibəsi şəhidi Ramiz Ağayevin qardaşı Ramil Ağayev daxili işlər orqanları əməkdaşlarının şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan, həmçinin maddi və mənəvi dəstəkdən yazır. Buna görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.