Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Abşeron rayon sakini Xeybər Əmrahov yollarda hərəkət təhlükəsizliyinin təmin olunmasında, tıxacların aradan qaldırılmasında, eləcə də sürücülərin rahat, maneəsiz hərəkət etməsində göstərdikləri fədakar xidmətlərə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Orxan Xudaverdiyev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ 42-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Vətəndaş Ramil Siraclı şəhid bacısı adı altında saxta profil açaraq camaatdan pul yığması ilə bağlı etdiyi müraciətə çevik reaksiya verilərək qanunamüvafiq tədbirlərin görüldüyünə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Sosial şəbəkə istifadəçisi üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xəzər RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Abşeron rayon sakini Faiq Bayramov məktubunda avtomobilinin itmiş dövlət qeydiyyat nişanı ilə bağlı müraciətinə çevik baxıldığını, Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılaraq qısa müddətdə yeni dövlət qeydiyyat nişanı ilə təmin edildiyini yazır. O, müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bərdə rayon sakini Zahir Allahverdiyev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə etdiyi müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətində Azərbaycan polisinə uğurlar arzulayır. 

Şamaxı rayon sakini Hilal Bəkirov məktubunda paytaxtın Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bir qrup vətəndaş məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edirlər. Müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Vətəndaş Azər Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda qeydiyyat məsələsi ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.