Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.12.2019 - Şəki rayonunun Aşağı Layısqı kənd sakini Nazlı Musayeva Daxili İşlər...
Şəki rayonunun Aşağı Layısqı kənd sakini Nazlı Musayeva Daxili İşlər Nazirliyinə təşəkkür məktubu ünvanlayıb. O, bu yaxınlarda səhhəti ilə bağlı DİN-ə müraciət etdiyini qeyd edir. Müəllif polisin fəaliyyətinə aid olmasa da, müraciətinin aidiyyəti üzrə digər dövlət orqanına göndərildiyini və köməklik göstərilərək qısa müddətdə öz həllini tapdığını qeyd edir. N.Musayeva vətəndaşların müraciətlərinə belə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
29.12.2019 - Paytaxtın Suraxanı rayon sakini Çiçək Məmmədli DİN-ə ünvanladığı məktubunda...
Paytaxtın Suraxanı rayon sakini Çiçək Məmmədli DİN-ə ünvanladığı məktubunda oğlunun itkin düşməsi ilə bağlı Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşlarının operativliyi sayəsində övladının qısa müddətdə tapılaraq təhvil verildiyini qeyd edir. Ç.Məmmədli vətəndaşların müraciətlərinə belə həssaslıqla yanaşılmasına və operativliyə görə Nəsimi RPİ 21 Polis Bölməsinin şəxsi heyətinə, xüsusən təhqiqatçı, polis baş leytenantı Müsəllim Müsəllimova minnətdarlığını ifadə edir.
29.12.2019 - Bakı şəhər Nərimanov rayon sakini Söhbət Kəlbəliyev DİN-ə ünvanladığı...
Bakı şəhər Nərimanov rayon sakini Söhbət Kəlbəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda baxılaraq müsbət nəticələndiyinə görə minnətdarlığını ifadə edir.
29.12.2019 - Abşeron rayon sakini Emil Əlibəyov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda...
Abşeron rayon sakini Emil Əlibəyov DİN-ə ünvanladığı minnətdarlıq məktubunda üzləşdiyi problemin operativ şəkildə həll olunmasında göstərdiyi köməkliyə görə təşəkkürünü bildirir.
29.12.2019 - Neftçala rayon sakini, rayon ağsaqqallar şurasının üzvü Qurbanxan Pirəliyev...
Neftçala rayon sakini, rayon ağsaqqallar şurasının üzvü Qurbanxan Pirəliyev DİN-ə ünvanladığı təşəkkür məktubunda polis andına sədaqətlə xidmət etdiklərinə, polisin şərəf və ləyaqətini uca tutduqlarına, vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlıq edir.
29.12.2019 - Abşeron rayon Mehdiabad qəsəbə sakini Seyfəddin Hüseynov DİN-ə ünvanladığı...
Abşeron rayon Mehdiabad qəsəbə sakini Seyfəddin Hüseynov DİN-ə ünvanladığı məktubunda daxili işlər orqanlarında gənc əməkdaşlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.
28.12.2019 - Bakı şəhər sakini Kənan Taciroğlu DIN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Kənan Taciroğlu DIN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında göstərdikləri köməyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
28.12.2019 - Bakı şəhər sakini Validə Səlimova ailə üzvlərinə göstərdiyi köməkliyə görə...
Bakı şəhər sakini Validə Səlimova ailə üzvlərinə göstərdiyi köməkliyə görə Xəzər RPİ DYPŞ-nin inspektoru Orxan Abdullazadəyə minnətdarlığını bildirir. Vətəndaşlara göstərilən diqqət və qayğının polis-vətəndaş münasibətlərinin günü-gündən daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.
28.12.2019 - Bakı şəhər sakini Lətifə Əliyeva müraciətinə operativ və obyektiv şəkildə...
Bakı şəhər sakini Lətifə Əliyeva müraciətinə operativ və obyektiv şəkildə baxılaraq həllini tapmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. Polis-vətəndaş münasibətlərindən məmnunluğunu ifadə edərək, daxili işlər orqanları əməkdaşlarına gərgin xidməti fəaliyyətlərində uğurlar diləyir.