Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xəzər rayon Mərdəkan qəsəbəsi sakini Arif Məmmədov göndərdiyi teleqramda ona dəymiş külli miqdarda ziyanın ödətdirilməsində göstərdiyi köməyə görə Səbail RPİ-nin müstəntiqi, polis mayoru Emil Muxtarova minnətdarlıq edir.

Nəsimi rayon sakini Hicran Kərimova göndərdiyi məktubda yazır ki, pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsiylə bağlı RPİ-yə müraciət edib. Polis əməkdaşlarının peşəkarlığı və əməyi nəticəsində cinayəti törətmiş şəxs qısa müddət ərzində saxlanılaraq məsuliyyətə cəlb edilib. H.Kərimova buna görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Ağdam rayon Əfətli kənd sakini Asif Meydanov DİN-ə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə və ictimai asayişin qorunmasında polisin rolunu yüksək qiymətləndirir.

Bakı şəhər Suraxanı rayonu 146 nömrəli tam orta məktəbin direktoru S.Zülfüqarov DİN-ə ünvanladığı məktubunda məktəbdə baş vermiş oğurluq hadisəsinin üstünün tez bir zamanda açılmasına görə RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Cəlilabad rayon Babali kənd sakini Cavid Məmmədov göndərdiyi məktubda polisə təşəkkür edir.

Bakı şəhər Bakıxanov qəsəbəsi sakini Etibar Quliyev DİN-ə ünvanladığı məktubda ona dəymiş ziyanın ödənilməsində göstərdikləri köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayon Rüdəkənar kənd sakini Namik Mirzəyev göndərdiyi məktubda sel fəlakəti ilə üzləşərkən onlara göstərdikləri köməyə görə polisə təşəkkür edir.

Şirvan rayon sakini Elvin Dəmirov DİN-ə ünvanladığı məktubda polisə etdiyi müraciətdən sonra probleminin həll edildiyinə görə daxili işlər orqanları əməkdaşlarına təşəkkürünü bildirir.

Onlara dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməyə görə Çin vətəndaşları Azərbaycan Polisinə təşəkkür məktubu ünvanlayıblar. Yu Gaominq və Su Lixin Çində biznes fəaliyytəti ilə məşğul olurlar. İstehsal etdikləri məhsulları müxtəlif ölkələrlə yanaşı Azərbaycana da göndərirlər. Bu barədə DİN-ə ünvanladıqları məktubda qeyd edirlər. Çinlilər yazırlar ki, ticarət əlaqəsində olduqları Azərbaycan vətəndaşı Taqor Rzayevə nisyə olaraq əlli dörd min iki yüz iyirmi beş dollar dəyərində şərflər və məktəbli çantaları göndəriblər. O, borcunun çox az hissəsini ödəsə də qalan borcu verməkdən boyun qaçırırmış. Belə olan təqdirdə onlar Qaradağ Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edirlər. RPİ-nin İstintaq Şöbəsində aparılan araşdırmadan sonra Taqor Rzayev əməlini etiraf edir və çinlilərə olan borcunun qalan hissəsini də ödəyir.