Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Siyəkü kənd sakini Xəlil Zahirov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Astara RPŞ-yə etdiyi müraciətinin müsbət şəkildə həllini tapmasına görə razılığını ifadə edir.

Astara şəhər sakini Zabir Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara RPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara şəhər sakini Sabit Əzizov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və RPŞ-nin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru İlqar Rəhimzadəyə minnətdarlığını ifadə edir.

İmişli rayon sakini, polis veteranı olan Həbib Nəbiyev ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri təqdir edir, rayon ərazisində yaşı 65-dən yuxarı olan və aztəminatlı ailələrə ərzaq yardımları edilməsinə görə İmişli RPŞ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini İbrahim Quliyev ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Simnarə Həsənova mobil telefonunun soyğunçuluq yolu ilə alınması barədə müraciətinə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində operativ baxıldığına, qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığına və mobil telefonunun ona qaytarıldığına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Ağdam rayon sakini Ariz Hacıyev də ölkəmizdə koronovirus pandemiyası ilə aparılan mübarizədə fəal və fasiləsiz işlərinə, həyata keçirilən təhlükəsizlik tədbirlərinə, eləcə də xidmətləri zamanı vətəndaşlara göstərilən qayğıya, köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Şəki şəhər sakini Cəsarət Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə qısa müddətdə baxıldığına və obyektiv həll olunduğuna görə minnətdarlığını bildirir.

Masallı rayonunun Xıl kənd sakini Firudin Qafarov “Ford-Transit” markalı avtomobilinin qəsdən yandırılması faktı ilə bağlı müraciətinə Masallı Rayon Polis Şöbəsində obyektiv baxıldığına, aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində ona qarşı bu cinayət əməlini törədən şəxsin qısa müddətdə ifşa edilməsinə və məsuliyyətə cəlb olunmasına görə DİN rəhbərliyinə və öz vəzifə borcunu layiqincə yerinə yetirən Masallı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.