Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
16.10.2017 - Astara rayon sakini Qədir Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda...
Astara rayon sakini Qədir Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda cinayətkarlıqla mübarizədə polisin qətiyyətindən söhbət açır, vətəndaş-polis münasibətlərinə töhfə verən işlərin mütəmadi xarakter almasından, məktəblərdə, əmək kollektivlərində narkomaniya, erkən nikah və dini radikalizm mövzusunda keçirilən tədbirlərdən razılığını ifadə edir.
16.10.2017 - Naftalan şəhər Qasımbəyli kənd sakini, Niyaməddin Məmmədov polis-vətəndaş...
Naftalan şəhər Qasımbəyli kənd sakini, Niyaməddin Məmmədov polis-vətəndaş münasibətlərinin səmimiyyət və inam üzərində qurulmasına, əhalinin təhlükəsizliyinin etibarlı təmininə görə Şəhər Polis Şöbəsinin rəhbərliyinə minnətdarlıq edir.
16.10.2017 - Lerik rayon Veri kənd sakini Balaxanım İbrahimova Xəzər RPİ-nin 1-ci Polis...
Lerik rayon Veri kənd sakini Balaxanım İbrahimova Xəzər RPİ-nin 1-ci Polis Bölməsinin rəhbərliyinin vətəndaşların qəbuluna xüsusi diqqət göstərməsindən, onların problemlərinin həlli üçün müvafiq göstərişlər verməsindən, müraciətlərin qanunvericiliyə uyğun şəkildə həll edilməsindən razılığını bildirir və təşəkkür məktubunda polisin belə nəcib münasibətinin xalqla dövlət arasında olan bağların möhkəmlnməsinə xidmət etdiyini yazır.
16.10.2017 - Nəsmi rayon sakini Ələsgər Ələsgərov yaşadıqları ərazidə baş verən bəzi...
Nəsmi rayon sakini Ələsgər Ələsgərov yaşadıqları ərazidə baş verən bəzi neqativ halların aradan qaldırılmasında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirən sahə rəisi, polis mayoru Xudadat Tağıyevə ərazidə yaşayan sakinlər adından təşəkkür edir, ona xidmətində uğurlar arzulayır.
16.10.2017 - Xəzər rayonunda müvəqqəti məskunlaşan Füzuli rayon sakini Tünzalə Quluzadə...
Xəzər rayonunda müvəqqəti məskunlaşan Füzuli rayon sakini Tünzalə Quluzadə Rayon Polis İdarəsinin rəhbərliyinin və əməkdaşlarının məcburi köçkün və şəhid ailələrinə olan müsbət münasibətlərindən yazır, göstərilən səmimiyyətə görə təşəkkürünü bildirir.
05.10.2017 - Bakı şəhər sakini Rafiq Rüstəmov yazır ki, övladlarını məktəbə apararkən...
Bakı şəhər sakini Rafiq Rüstəmov yazır ki, övladlarını məktəbə apararkən polislərin şagirdlərə və valideynlərə kömək etməsinin, nəzakətli davranışının dəfələrlə şahidi olub. Buna görə də o, həmkarlarımızın vətəndaşlara göstərdikləri diqqətə və səmimi münasibətə görə təşəkkürünü bildirir.
05.10.2017 - Qusar rayon sakini Həsənbala Mamedov Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət...
Qusar rayon sakini Həsənbala Mamedov Binəqədi RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin əməkdaşlarından razılığını bildirir, polisin fəaliyyətini yüksək qiymətləndirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.
05.10.2017 - Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AZTELEKOM” Məhdud...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “AZTELEKOM” Məhdud Məsluliyyətli Cəmiyyətinin Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanov sentyabrın 9-u və 15-i tarixlərində qovşağın hava-rabaitə xətti ilə keçən telefon kabellərini oğurlayan şəxslərin qısa zaman kəsiyində tutulmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
05.10.2017 - “Zərdabdan Bakıya gəlirdim. Birdən avtomobilimdə nasazlıq yarandı. Maşını...
“Zərdabdan Bakıya gəlirdim. Birdən avtomobilimdə nasazlıq yarandı. Maşını yolun təhlükəsiz hissəsinə çəkib kömək üçün gələn maşınlara əl etdim. Ancaq kimsə kömək etmədi. Çarəsiz qalıb gözləməyə başladım. Bir də gördüm ki, yaxınlıqda YPX-nin avtomobili dayandı. Maşındakı nasazlığın ciddi olduğunu görən polis əməkdaşı bizi taksi ilə Bakıya yola saldı. Avtomobilim isə avtoservisə göndərildi. Bizə köməklik göstərən polis əməkdaşının adı Seymur idi. Soyadını soruşmağa utandım. Bir daha gördüm və əmin oldum ki, vətəndaşı darda qoymayan, hər zaman onun köməyinə çatan polislərimiz, dəyərli Vətən övladları var”. Bu fikirlər Bakı şəhər sakini Fəqan Rüstəmovun DİN-ə ünvanladığı təşəkkür məktubundandır.