Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mingəçevir şəhər sakini Azər Tağıyev vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərinə, humanist yanaşmaya və səmimi münasibətə görə ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Sankt-Peterburqda yaşayan həmyerlimiz Qəhrəman Səfiyev müraciətinə operativ, qanun cərcivəsində baxıldığına, üzləşdiyi problemlə bağlı Bakı Şəhər Baş Polis İdarəsində aparılan obyektiv təhqiqata görə polisə təşəkkürünü bildirir.

Astara rayonu Ərçivan qəsəbəsinin bir qrup sakini bu günlərdə baş vermis sel fəlakəti zamanı polisin fədakarlığından və insanların həyatını qurtarmaq üçün öz həyatlarını belə təhlükəyə atmağından qürur hissi ilə yazırlar.

Nərimanov rayon sakini Ülkər Nağıyeva təşəkkür məktubunda ona dəymiş ziyanın ödətdirilməsində göstərdiyi köməyə görə Nərimanov RPİ-nin müstəntiqi Cavid Mirzəliyə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rauf Sultanov təşəkkür məktubunda yazır ki, rəhbəri olduğu amerikapress.com saytının fəaliyyəti ilə bağlı qarşılaşdığı qanunsuz məhdudiyyətlərlə əlaqədar DİN-ə göndərdiyi şikayət ərizəsinə aidiyyatı üzrə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən baxılmış və məsələ öz həllini tapmışdır. Buna görə də o, BŞBPİ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.

Övladının səhhəti ilə əlaqədar onun xidməti iş yerinin dəyişdirilməsində göstərilən köməkliyə görə Qobustan rayon Ərəbqədim kənd sakini Xataxanım Səfərova DİN rəhbərliyinə təşəkkürünü bildirir.

DİN rəhbərliyi tərəfindən bölgədə keçirilən qəbul zamanı üzləşdikləri problemlərin yerindəcə həll olunmasına görə Masallı rayon Badalan kənd sakini Rəşad Cəfərov göndərdiyi təşəkkür məktubunda Azərbaycan Polisinə təşəkkür edir.

Astara rayonundan Azad Rzayev və Ərçivan qəsəbəsinin bir qrup sakini bu günlərdə baş vermis sel fəlakəti zamanı polisin fədakarlığından və insanların həyatını qurtarmaq üçün öz həyatlarını belə təhlükəyə atmağından qürur hissi ilə yazırlar.

Ailə üzvlərinin daxili işlər orqanlarına tam şəffaf və demokratik şəkildə qəbul olunmasına görə Yevlax rayon sakini Rahilə Qəmbərova DİN rəhbərliyinə təşəkkürünü bildirir.