Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Bəhram Zahidov üzləşdiyi problemin həllində göstərilən köməyə görə təşəkkürünü bildirir.

Bakı şəhər sakini, polis veteranı Bəylər Teymurov səhhəti ilə əlaqadar DİN-in A.Heydərov adına Respublika Hospitalına müraciət etdikdən sonra tibbi personalın, xüsusən də həkim Esmira Yolçuyevanın onun vəziyyətinin yaxşılaşmasında göstərdiyi köməyə görə təşəkürünü bildirir.

Media-Press.org İnformasiya portalının rəhbəri Əli Səfərov Bərdədə ictimai əmin-amanlığı etibarlı qoruyan, sabitliyin keşiyində ayıq-sayıq duran, xalqla dövlət arasında olan bağların möhkəmlənməsi üçün cinayətkarlıqla, xüsusən də narkomaniya ilə ciddi mübarizə aparan həmkarlarımızın işini təqdir edir, onlara xidmətlərində uğurlar arzulayır.

Astara rayon Ərçivan qəsəbəsinin bir qrup sakini göndərdiyi məktubda RPŞ-nin fəaliyyətindən razılığını bildirir, polisin cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin təmin edilməsində rolunu yüksək qiymətləndirir. Rayonun Maşxan kənd sakini Aslan Məmmədov da DİN-ə ünvanladığı teleqramda daxili işlər orqanlarının fəaliyyətindən məmnun qaldığını yazır.

Zabrat qəsəbəsi sakini Rövşən Yaqubov göndərdiyi teleqramda bildirir ki, DİN rəhbərliyinə etdiyi müraciətdən sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şikayətinə baxılmış və ona dəymiş maddi ziyan tam olaraq ödətdirilmişdir. Vətəndaş buna görə BMCMİ-nin əməkdaşlarına minnətdarlıq edir. Xətai rayon sakini Əzizə Quliyeva da göndərdiyi məktubda BMCMİ-nin fəaliyyətini yüksək qiymətləndirir.

Vətəndaş Şəfa Məmmədova göndərdiyi məktubda yazır ki, Nərimanov rayonu ərazisində ona məxsus nəqliyyat vasitəsindən içərisində pul və əməkhaqqı kartı olan pul kisəsi oğurlanıb. Hadisəni törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsində Nərimanov RPİ 16-cı Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı Nicat Əliyev xüsusi peşəkarlıq göstərib. Həmin şəxs qısa müddət ərzində tapılaraq istintaqa təhvil verilib. Ş.Məmmədova Nicat Əliyevə dərin təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini Azər Zülfüqarov göndərdiyi məktubda ŞPŞ-yə etdiyi müraciətdən sonra probleminin qısa müddət ərzində həll edilməsindən məmnun qaldığını yazır.

Xəzər rayon Mərdəkan qəsəbəsi sakini Arif Məmmədov göndərdiyi teleqramda ona dəymiş külli miqdarda ziyanın ödətdirilməsində göstərdiyi köməyə görə Səbail RPİ-nin müstəntiqi, polis mayoru Emil Muxtarova minnətdarlıq edir.

Nəsimi rayon sakini Hicran Kərimova göndərdiyi məktubda yazır ki, pulunun soyğunçuluq yolu ilə ələ keçirilməsiylə bağlı RPİ-yə müraciət edib. Polis əməkdaşlarının peşəkarlığı və əməyi nəticəsində cinayəti törətmiş şəxs qısa müddət ərzində saxlanılaraq məsuliyyətə cəlb edilib. H.Kərimova buna görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.