Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
15.05.2020 - Bakı şəhər sakini Nicat Rzazadə Daxili İşlər Nazirliyinə ünvanladığı...
Bakı şəhər sakini Nicat Rzazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
14.05.2020 - DİN-in İnstagram səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Ramil...
DİN-in İnstagram səhifəsinin izləyicisi olan Bakı şəhər sakini Ramil Hüseynzadə səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ reaksiya verildiyinə, Bakı şəhər Baş Polis İdarəsində baxılaraq qısa müddətdə müsbət həll edildiyinə görə minnətdarlığını bildirir.
14.05.2020 - AzTV-nin xəbərlər proqramının aparıcısı Röya Bənənyarlı “İnstagram”...
AzTV-nin xəbərlər proqramının aparıcısı Röya Bənənyarlı “İnstagram” səhifəsində polis əməkdaşlarına video ilə təşəkkür edib: “Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkəmizdə tətbiq edilən karantin rejimi qaydalarının qorunmasında xüsusi əməyi keçən DİN-ə, başda Vilayət Eyvazov cənabları olmaqla bütün polis əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm! Biz birlikdə güclüyük! Mənim polisim Məni qoruyur!”
14.05.2020 - Beyləqan rayon sakini Habil Ağayev müraciətinə operativ reaksiya verildiyinə...
Beyləqan rayon sakini Habil Ağayev müraciətinə operativ reaksiya verildiyinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə öz təşəkkürünü bildirir.
14.05.2020 - Bakı şəhər sakini Əfqan Rzayev müraciətinə baxılaraq ona dəymiş maddi zərərin...
Bakı şəhər sakini Əfqan Rzayev müraciətinə baxılaraq ona dəymiş maddi zərərin tam ödətdirildiyinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
14.05.2020 - Şəki şəhər sakini Nəriman Səmədov bildirir ki, bu il yanvarın 6-da evdə...
Şəki şəhər sakini Nəriman Səmədov bildirir ki, bu il yanvarın 6-da evdə olmadığı zaman naməlum şəxslər onun evinə daxil olmuş və ona maddi zərər vurmuşlar. Vətəndaş qeyd edir ki, bununla əlaqədar polisə müraciət etmişdir. N.Səmədov həmin şəxslərin müəyyən edilərək saxlanılmasına, bundan sonra isə ailə üzvləri arasındakı gərginliyin və həyəcanın aradan qalxdığına görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
14.05.2020 - Saatlı rayon sakini Mətləb Hüseynov ictimai qaydanın, eləcə də vətəndaşların...
Saatlı rayon sakini Mətləb Hüseynov ictimai qaydanın, eləcə də vətəndaşların təhlükəsizliyinin təmin olunmasında xüsusi xidmətlərinə görə DİN rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
14.05.2020 - Feysbuk səhifəsinin izləyicisi Raciyə Namazova səhifə vasitəsilə etdiyi...
Feysbuk səhifəsinin izləyicisi Raciyə Namazova səhifə vasitəsilə etdiyi müraciətə reaksiya göstərilərək baxıldığına görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkür edir.
14.05.2020 - DİN-in İnstaqram səhifəsinin izləyicisi Ramal İsayev (vineazerbaijan) səhifə...
DİN-in İnstaqram səhifəsinin izləyicisi Ramal İsayev (vineazerbaijan) səhifə vasitəsilə ünvanladığı müraciətinə baxıldığına və müsbət həllini tapdığına görə DİN rəhbərliyinə və Bakı şəhər BPİ-nin şəxsi heyətinə minnətdarlıq edir.