Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bir qrup vətəndaş məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, eləcə də onlara dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Bir qrup vətəndaş məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edirlər. Müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.

Bakı şəhər sakini Aytən Atayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ baxılmasına və probleminin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə minnətdarlıq edir. 

Gəncə şəhər sakinləri Əli Pənahov və Cəmilə Şükürzadə ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlıqlarını bildirirlər. 

Vətəndaş Rüstəm Vəliyev, Elvin İbrahimov,  Fərman Namazov, Məzahir Nəsib və Qəmbər Verdiyev müraciətlərinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Qazax rayon sakini, şəhid anası Cəmilə Şükürzadə təşəkkür məktubunda göstərilən diqqət və qayğıya görə Qazax RPŞ-nin əməkdaşlarından razılığını bildirir.

Goranboy rayon sakinləri Əzbər Alıyev və Qorxmaz Əsədov təşəkkür məktublarında üzləşdikləri oğurluq hadisəsi ilə əlaqədar etdikləri müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xocalı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürlərini bildirirlər. 

Vətəndaş Faiq Məmmədov məktubunda Gəncə şəhər Baş Polis İdarəsinə etdiyi müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığını və qısa müddətdə müvafiq tədbirlərin həyata keçirildiyini qeyd edir. O, müraciətinə çevik reaksiya verilməsinə, obyektiv araşdırmalara və həyata keçirilən operativ tədbirlərə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.   

Goranboy rayon sakini İkram Məmmədov və Kəlbəcər rayon rakini Raul Məmmədov itmiş iribuynuzlu heyvanlarının tapılaraq təhvil verilməsinə görə Xocalı RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.