Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.09.2021 - Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədri Nəbi Qafarov Daxili İşlər...
Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin sədri Nəbi Qafarov Daxili İşlər Nazirliyinə ünvanladığı teleqramında ona qarşı törədilmiş cinayət faktı barədə müraciətinə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən obyektiv araşdırılaraq həmin əməli törədənlərin qısa müddətdə müəyyən edilib məsuliyyətə cəlb olunduqlarını qeyd edir.
O, müraciətinə operativ baxılaraq həyata keçirilən tədbirlərə, eyni zamanda İctimai Birliyin nüfuzunun qorunması istiqamətində göstərilən köməkliyə görə özünün və Yeniləşən Dövlətə Dəstək İctimai Birliyinin kollektivi adından DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.22.09.2021 - Abşeron rayon sakini Zeynalabdın Abdullayev məktubunda Daxili İşlər...
Abşeron rayon sakini Zeynalabdın Abdullayev məktubunda Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə operativ baxıldığını, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi tərəfindən obyektiv araşdırılaraq müsbət həll edildiyini qeyd edərək DİN rəhbərliyinə və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.09.2021 - Vətəndaş Elşən Hüseynov müraciətinin Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis...
Vətəndaş Elşən Hüseynov müraciətinin Gəncə ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsində araşdırılaraq müsbət yöndə həll olunmasından razılığını bildirir.
21.09.2021 - DİN-in “İnstagram” səhifəsinin azerbaycanli_veten_perver adlı izləyicisi...
DİN-in “İnstagram” səhifəsinin azerbaycanli_veten_perver adlı izləyicisi səhifə vasitəsi ilə etdiyi müraciətə obyektiv baxılaraq müsbət həll edildiyinə görə DİN və Suraxanı RPİ-nin rəhbərliklərinə minnətdarlığını bildirir.
21.09.2021 - Təqaüddə olan polis əməkdaşı Qələndər Qasımov Gəncə ŞBPİ-nə etdiyi müraciətin...
Təqaüddə olan polis əməkdaşı Qələndər Qasımov Gəncə ŞBPİ-nə etdiyi müraciətin qısa zaman kəsiyində həll olunduğu üçün DİN rəhbərliyinə minnətdarlıq edir.
21.09.2021 - Vətəndaş Kəmalə Həziyeva həyat yoldaşının xəsarət alması ilə nəticələnmiş...
Vətəndaş Kəmalə Həziyeva həyat yoldaşının xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsinin Nərimanov RPİ-də obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
21.09.2021 - DİN-in “Telegram” səhifəsinin izləyicisi, müəllimə olan Səbinə Əsədova...
DİN-in “Telegram” səhifəsinin izləyicisi, müəllimə olan Səbinə Əsədova (Sabina Asadova) şagirdlərinin şəxsiyyət vəsiqəsi ilə bağlı üzləşdikləri çətinliklərlə əlaqədar səhifə vasitəsi ilə etdiyi müraciətə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində operativ baxılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.09.2021 - Gəncə şəhər sakini Şahin Cəfərov təşəkkür məktubunda etdiyi müraciətin...
Gəncə şəhər sakini Şahin Cəfərov təşəkkür məktubunda etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
21.09.2021 - Əfqan Səfərli adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar...
Əfqan Səfərli adlı sosial şəbəkə istifadəçisi üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə BDYPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.