Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Vaqo kənd sakini Şöhrət Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Məhkəməsinin qərarı ilə inzibati həbsdə olduğu müddətdə Astara Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerinin əməkdaşlarının sərgilədikləri nümunəvi davranışa görə öz minnətdarlğını ifadə edir.

Astara rayonunun Ərçivan qəsəbəsinin bir qrup ağsaqqalı DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayonda cinayətkarlığa qarşı mübarizənin uğurla aparılmasına, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasına görə Rayon Polis Şöbəsinin rəisi Azər Cahangirovdan razılığını ifadə edir.

Göyçay rayon sakini Rəhman Mirzəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qarşılaşdığı problemin həllində ona göstərilən köməkliyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Cəfər Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şəhər ərazisində ictimai asayişin və sabitliyin qorunmasında polisin fəaliyyətindən məmnunluğunu bildirir, həmçinin Şəhər Polis Şöbəsinin rəisi Cavid Muradov tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edir.

Bakı şəhər sakini Valentina Qreçneva qarşılaşdığı problemin aradan qaldırılmasında göstərilən köməyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini İlahə Yusifli metroda unutduğu əl çantasının qısa zaman kəsiyində tapılıb ona qaytarılmasında göstərdikləri köməkliyə görə DİN və Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Afaq Tahirova üzləşdiyi problemin həllində göstərilən köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Əhəd Həsənov DİN-ə ünvanladığı təbrik teleqramında daxili işlər naziri general-polkovnik Ramil Usubovu Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli, səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edildiyi üçün təbrik edir.

Bərdə rayon sakini Əlzamin Məmmədov DİN rəhbərliyinə ünvanladığı məktubunda Rayon Polis Şöbəsinin rəhbərliyindən razılıq edir və minnətdarlığını ifadə edir.