Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.03.2021 - Sumqayıt şəhər sakini Rüstəm Əliyev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı...
Sumqayıt şəhər sakini Rüstəm Əliyev narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizəyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
29.03.2021 - Vətəndaş Rahib Mikayılov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi...
Vətəndaş Rahib Mikayılov üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə BMCMİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
29.03.2021 - Bakı şəhər sakini Azad İbrahimov koronavirus pandemiyası ilə mübarizədə,...
Bakı şəhər sakini Azad İbrahimov koronavirus pandemiyası ilə mübarizədə, habelə 44 günlük Vətən savaşının getdiyi günlərdə ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında daha qətiyyətli xidmətlərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə Azərbaycan Polisinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
27.03.2021 - Yevlax şəhər sakini İlhamə İbrahimova Kənan adlı şəxs tərəfindən küt alətlə...
Yevlax şəhər sakini İlhamə İbrahimova Kənan adlı şəxs tərəfindən küt alətlə oğurluq məqsədilə yaşadığı evin həyətinə daxil olan zaman BNMİ əməkdaşları tərəfindən saxlanaraq barəsində tədbir görüldüyü üçün DİN rəhbərliyinə dərin minnətdarlığını bildirir.
27.03.2021 - Bərdə rayon sakini Hicran Ağayeva qarşılaşdığı problemlə bağlı etdiyi...
Bərdə rayon sakini Hicran Ağayeva qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə dərhal və həssaslıqla yanaşıldığına və məsələnin qısa müddət ərzində müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.
27.03.2021 - Biləsuvar rayon sakini Vəfa Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı...
Biləsuvar rayon sakini Vəfa Məmmədova məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.03.2021 - Bakı şəhər sakini Fuad Abbasov humanist polis əməkdaşlarına görə DİN...
Bakı şəhər sakini Fuad Abbasov humanist polis əməkdaşlarına görə DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən DİN-in Baş Pasport Qeydiyatı və Miqrasiya İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.03.2021 - Abşeron rayon sakini Vəfa Abdullayeva DİN-in “instagram” səhifasi vasitəsi...
Abşeron rayon sakini Vəfa Abdullayeva DİN-in “instagram” səhifasi vasitəsi ilə qonşusu tərəfində təhqir olunması ilə bağlı etdiyi müraciətə dərhal reaksiya verildiyi və məsələnin müsbət həll olunduğuna görə DİO əməkdaşlarına minnətdarlıq edir.
27.03.2021 - Lənkəran şəhər sakini Şərqiyyə Fərəczadə DİN-in “instagram” səhifasi vasitəsi...
Lənkəran şəhər sakini Şərqiyyə Fərəczadə DİN-in “instagram” səhifasi vasitəsi ilə sosial şəbəkələrdə bir nəfər tərəfindən təhqir və təhdid olunduğu ilə bağlı müraciətinə həssaslıqla yanaşıldığına görə Lənkəran ŞRPŞ-nə təşəkkür edir.