Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elmar Qasımov və sosial şəbəkə istifadəçisi Bəxtiyar Həsənli dələduzluqla bağlı müraciətlərinə çevik reaksiya verilməsinə, həyata keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəxslərin saxlanılmasına və aparılan obyektiv araşdırmalara görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Sosial şəbəkə istifadəçisi Anar Kasumov yol-nəqliyyat hadisəsi ilə üzləşdiyini, polisin obyektiv və operativ araşdırma apardığını, dəymiş ziyanın ödətdirilməsində ona yaxından köməklik göstərdiyini yazır. Buna görə Nərimanov RPİ Təhqiqat Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Azərbaycan Texniki Universitetinin professoru Qabil Hüseynov ona məxsus olan torpaq sahəsinin qanunsuz zəbt olunması ilə bağlı müraciətinə həssaslıqla yanaşılmasına, eləcə də pozulmuş hüquqlarının bərpasında ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını yazır. 

Sosial şəbəkə istifadəçisi Günel Qarayeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Hüseyn Cəfərov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, vətəndaşların qanuni mənafelərinin, eləcə də hüquq və azadlıqlarının etibarlı qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Etiram Paşayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətən müharibəsi şəhidinin qardaşı Elşən Abiyev yollarda hərəkət təhlükəsizliyinin təmin olunmasında, tıxacların aradan qaldırılmasında, eləcə də sürücülərin rahat, maneəsiz hərəkət etməsində göstərdikləri fədakar xidmətlərə görə Baş Dövlət Yol Polisi İdarəsnin və Bakı şəhər  BPİ DYPİ-nin əməkdaşlarına minnətdarlığını yazır.

“Aztimes.az” saytının baş redaktoru Pərvin Abışova “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, qanunsuz küçə ticarəti və parklanma ilə bağlı hesabında paylaşaraq ictimailəşdirdiyi postlara Daxili İşlər Nazirliyindən çevik reaksiya verildiyini, görülmüş operativ tədbirlərlə bu halların qısa müddətdə aradan qaldırıldığını qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Ağdam rayon sakini Eldar Muxtarov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ailə üzvlərinin etdiyi müraciətə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.