Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçiləri Könül Paşayeva və Pərviz Rzayev müraciətlərinə operativ baxılmasına və problemlərinin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər.

Vətəndaş Fərail Yunusov müraciətlərə həssaslıqla yanaşılmasına görə Azərbaycan Polisinin xidməti fəaliyyətini yüksək dəyərləndirir. O, peşəkar xidmətə görə Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Taleh Balakişiyev şikayətinə operativ baxılaraq ona dəyən ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin gərgin və fədakar xidmətini yüksək dəyərləndirir.

Vətəndaş Umuksu Qallacova baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı operativ və obyektiv araşdırma aparılmasına görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin vətəndaşlara göstərdiyi diqqət və qayğını təqdir edir.

Vətəndaş Sahil Nədirov narkomaniyaya qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Azərbaycan Polisinin gərgin və fədakar xidməti fəaliyyətini təqdir edir. O, DİN rəhbərliyi başda olmaqla Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Arzu İsmayılova müraciətinə operativ baxılaraq tez bir zamanda müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Müğənni Nura Suri DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, sosial şəbəkələrdə tanımadığı şəxs tərəfindən təhdidlərə məruz qalması və barəsində paylaşımlar edilməsi ilə bağlı etdiyi müraciətlə əlaqədar obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nicat Abasaliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinin obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Gülər Allahverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı etdiyi müraciətlə əlaqədar obyektiv araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünə və müraciətinin müsbət həll olunduğuna görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.