Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Mayis Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda DİN-nin A.Heydərov adına Respublika Hospitalının tibb personalının xidmətindən razılıq edir və minnətdarlığını bildirir.

Bakı şəhər sakini Arif Abdullayev DİN rəhbərliyinə ünvanladığı məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında , cinayətkarlıqla mübarizədə fəal iştirakına görə Azərbaycan Polisinə təşəkkür edir.

Bakı şəhər sakini Südayə Bayramova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Binəqədi RPİ-nini 40-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Ayaz Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğurlanmış mal-qarasının tapılaraq ona geri qaytarılmasına və oğurluğu törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsinə görə, Mingəçevir ŞPŞ-nin rəhbərliyinə öz minnətdarlığını bildirir.

Astara rayonunun Pensər kənd sakini Mirzəmməd Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi çətinliklə bağlı Astara Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və probleminin həllini tapmasına görə minnətdarlığını bildirir.

Astara rayonunun Şiyəkəran kənd sakini Cəlil Dadaşov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Astara RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Astara şəhər sakini Şamil Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda COVID-19 infeksiyasının yayılmasının qarşısının alınmasında sərgilədikləri fədakar əməyə və yorulmaz xidmətə görə Astara RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Astara rayonunun Məçitməhəllə kənd sakini Mərifət Rəcəbov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ reaksiya verilməsinə görə Astara RPŞ-nin rəhbərliyindən razılığını bildirir.

Masallı rayonunun Güllütəpə kənd sakini Arif Muradov öz təşəkkür məktubunda oğlunun şəffaf və obyektiv şəkildə təşkil olunan seçim vasitəsilə Daxili İşlər Orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.