Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay şəhər sakini Könül Bəkirova etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasına görə, DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Təhməz Əliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai təhlükəsizliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, qaydaların təminində Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini təqdir edir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu qeyd edir.

Astara rayon Siyatürk kənd sakini Mariya Pavlenko müraciətinə operativ və obyektiv şəkildə baxılmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. O, müraciətlərə həssaslıqla yanılmasının polis-vətəndaş münasibətlərinin günü-gündən yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Bakı şəhərində yaşayan Türkiyə vətəndaşı Emrah Gurocak DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda işlətməni olduğu restoranda baş verən oğurluq faktının üstünün tez bir zamanda açılaraq ona dəyən ziyanın ödənilməsində göstərdikləri köməyə görə Nəsimi RPİ 21-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Alı Əliyev rayon ərazisində daxili işlər orqanları əməkdaşlarının Şəhidlərin dəfn mərasimi ilə əlaqədar göstərdikləri xidmətə görə DİN rəhbərliyi və Ağsu Rayon Polis Şöbəsinin şəxsi heyətinə minnətdarlığını bildirir. O, Azərbaycan Polisi ilə qürur duyduğunu qeyd edir.

Paytaxt sakini Aynur Daşdəmirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda oğurlanan telefonunun tez bir zamanda tapılaraq ona təhvil verilməsində göstərdikləri köməyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nəbi Sultanovun DİN rəhbərliyinə ünvanladığı məktubunda ona məxsus “Samsung j7” markalı telefonunun oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ baxılmasına və telefonunun tapılaraq ona qaytarılmasına görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkür edir.

Neftçala rayon sakini Malik Rəcəbovun DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, vətəndaşlarla səmimi münasibətə görə Neftçala RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlıq edir.

Agsu şəhər sakini Vahid Məmmədovun DİN rəhbərliyinə ünvanladığı məktubunda Azərbaycan Polisini Qələbə günü münasibətilə təbrik edir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştirakına görə təşəkkür edir.