Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Emil Nuriyev axtarışda olan şəxsin tapılıb aidiyyəti üzrə təhvil verilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Günel Qarayeva oğlunun xəsarət alması ilə nəticələnən yol qəzası zamanı operativlik nümayiş etdirdiklərinə və göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Aypara Məmmədova DİN-in “İnstagram” səhifəsinə  təşəkkür məktubu yazaraq cüzdanımı naməlum şəraitdə itirdiyini, bu barədə polisə məlumat verdikdən sonra qısa müddət ərzində cüzdanının tapılaraq ona geri qaytarıldığını qeyd edərək, göstərdikləri köməkliyə görə Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Hikmət Sadıqov DİN-in “İnstagram” səhifəsinə  minnətdarlıq məktubu yazaraq işlədiyi marketdən oğurluq olması barədə Abşeron RPİ-yə etdiyi müraciətin dərhal nəzarətə götürüldüyünü, oğurluqda şübhəli bilinən şəxsin qısa müddətdə tapılaraq ona dəymiş maddi ziyanın qaytarıldığını qeyd edərək, DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Taryel Bağırov DİN-in “İnstagram” səhifəsinə  təşəkkür məktubu yazaraq itirdiyi mobil telefonun tapılaraq ona geri qatarılmasında göstərdikləri köməkliyə görə Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Aqil Cəfərov üzləşdiyi dələduzluq hadisəsi barədə Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi müraciətə çevik reaksiya verildiyini, ona dəymiş maddi ziyanın tam ödənildiyini qeyd edərək Azərbaycan polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Kamal Hacıyev DİN-in “İnstagram” səhifəsinə  minnətdarlıq məktubu yazaraq müraciətinin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Lənkəran rayon sakini Tural Paşayev məktubunda rayon ərazisində ictimai asayişin etibarlı qorunmasına, cinayətkarlığa, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə, həmçinin vətəndaşlara göstərilən diqqət və qayğıya görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.

Vətəndaş Aynurə Abbasova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhhətində problem yaranan azyaşlı övladının xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə yaşadıqları Sabunçu rayonu ərazisində xidmət aparan polis əməkdaşlarına minətdarlığını bildirir.