Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.04.2021 - Sumqayıt şəhər sakini Lalə İsmayılova qarşılaşdığı problemlə bağlı polis...
Sumqayıt şəhər sakini Lalə İsmayılova qarşılaşdığı problemlə bağlı polis əməkdaşları tərəfindən operativ və həssas yanaşıldığına və müraciətinin qısa müddət ərzində müsbət həll olunduğuna görə DİO əməkdaşları minnətdarlığını bildirir.
19.04.2021 - Vətəndaş Murad Şıxcanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda...
Vətəndaş Murad Şıxcanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.
19.04.2021 - Bakı şəhər sakini Samir Məmmədov narkotik satışı faktı ilə bağlı Baş...
Bakı şəhər sakini Samir Məmmədov narkotik satışı faktı ilə bağlı Baş Narkotiklərlə Mübarizə İdarəsinə müraciət etdiyini bildirir. O, müraciətinə operativ baxılaraq araşdırıldığını və keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narklotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən həmin şəxsin saxlanıldığını qeyd edir.
19.04.2021 - Biləsuvar rayon sakini qazi Nizami Hüseynov qarşılaşdığı problemlə bağlı...
Biləsuvar rayon sakini qazi Nizami Hüseynov qarşılaşdığı problemlə bağlı etdiyi müraciətə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal reaksiya vərildiyinə və probleminin müsbət şəkildə həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkür edir.
19.04.2021 - İmişli rayon sakini Süleyman Bəşirov lombard sahibi barəsində etdiyi...
İmişli rayon sakini Süleyman Bəşirov lombard sahibi barəsində etdiyi müraciətə əsasən dərhal araşdırmanın başlanıldığını və məsələyə polis əməkdaşları tərəfindən operativ və həssaslıqla yanaşıldığına həmçinin problemin qısa müddət ərzində müsbət həll olunduğuna görə minnətdarlığını bildirir.
19.04.2021 - Şəki rayon sakini Tünzalə Məmmədova DİN-ə ünvanladığı məktubunda ailə...
Şəki rayon sakini Tünzalə Məmmədova DİN-ə ünvanladığı məktubunda ailə münaqişəsinin həllində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.04.2021 - Vətəndaş Əlmaniz Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda...
Vətəndaş Əlmaniz Ələkbərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşla mədəni rəftara və səmimi danışığa görə Qax Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.
19.04.2021 - Şəhid anası Məhluqə Ömərova etdiyi müraciətin müsbət yöndə həll olunmasına...
Şəhid anası Məhluqə Ömərova etdiyi müraciətin müsbət yöndə həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
19.04.2021 - Mingəçevir şəhər sakini Sevda Məmmədova müraciətinə operativ reaksiya...
Mingəçevir şəhər sakini Sevda Məmmədova müraciətinə operativ reaksiya verildiyinə və öz həllini tapdığına görə DİN rəhbərliyinə təşəkkür edir.