Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, pozulmuş hüquqlarının bərpası ilə bağlı etdiyi müraciətlə əlaqədar Yasamal RPİ 29-cu Polis Şöbəsində qəbul edildiyini, dinlənilərək müvafiq araşdırma aparıldığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
S.Ağayev müraciətinə operativ və müsbət reaksiya verildiyinə, həmçinin pozulmuş hüquqlarının bərpa olunduğuna görə DİN rəhbərliyinə və Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Təbriz Muradov yol-nəqliyyat hadisəsi ilə üzləşdiyini, polisin obyektiv və operativ araşdırma apardığını, ona dəymiş maddi ziyanın ödətdirilməsində yaxından köməklik göstərdiklərini yazır. Buna görə Nərimanov RPİ-nin rəhbərliyinə əməkdaşlarına təşəkkürünü ifadə edib. 

Sosial şəbəkə istifadəçisi Ramiz Haqverdiyev pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə, eləcə də həssas münasibətə görə Binəqədi RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Sumqayıt şəhər sakini, Vətən Müharibəsi iştirakçısı olan Hikmət Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda sosial şəbəkədə onun adından istifadə edərək yardım toplamaq məqsədilə açılan səhifə ilə bağlı etdiyi müraciətə polis əməkdaşları tərəfindən operativ reaksiya verilərək hüquqpozma halının qarşısının dərhal alınmasına görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Alimə Abdullayeva öz təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lerik rayon sakini Hətəmxan Qurbanov gecə saatlarında oğluna məxsus mağazadan oğurluq edən şəxslərin qısa zaman ərzində müəyyən edilərək məsuliyyətə cəlb olunmasına görə Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarına öz təşəkkürünü bildirir.

Pirallahı rayon sakini Xəyalə Şıxverdiyeva məktububda qonşusu barəsində etdiyi müraciətin müsbət həll olunduğu üçün DİN rəhbərliyinə və Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Natiq Hümbətov məktububda qarşılaıdığı problemin müsbət həll olunduğuna görə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Elməddin İsayev məktububda baş verimiş yol nəqliyyat hadisəsi ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində aparılan araşdırmalar zamanı ona göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlığını bildirir.