Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Cavid Əliyev “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı postda başda DİN rəhbərliyi olmaqla, Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Saatlı rayon sakini Şərafət Zülfüqarov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Saatlı RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Nizami Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə, eləcə də şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bərdə rayon Mehdixanlı kənd tam orta məktəbinin kollektivi xidməti fəaliyyətini layiqincə yetirən Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Yevlax rayon sakini Tofiq Ağayev müraciətinin müsbət həll edilməsinə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.

Bərdə rayon sakini Zahid Mikayılov müraciətinin müsbət həll edilməsinə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Elməddin Xudaverdiyev müraciətinin müsbət həll edilməsinə görə polis əməkdaşlarına təşəkkürünü bildirir.   

Ağdam rayon sakini Elburus Hacıyev xidməti fəaliyyətini layiqincə yetirən Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Nərgiz Nəcəbova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.